Ədliyyə Nazirliyindən sərt addım: "Azəriqaz" cərimələndi
Ağdaş rayonu, Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının sahibi “Azəriqaz” İstehsalat Birliyindən (İB) şikayət edib. Sahibkar bildirir ki, qaz sayğacı əvvəlcədən xəbərdarlıq edilmədən götürülüb, faktiki sərfiyyat nəzərə alınmadan normativ hesablanma aparılıb və nəticədə 27 min manat borc formalaşdırılıb. Sözügedən borca görə istixananın qaz təchizatı dayandırılıb və bu, istehsal prosesinə ciddi zərər vurub. Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edib.
Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli qərardadı ilə istixananın qaz təchizatının bərpa edilməsi qərara alınıb. Qərarın qəbulundan 25 gündən artıq vaxt keçməsinə baxmayaraq, məhkəmə qərarının icrası təmin olunmayıb.
“Azəriqaz” sayğacın sahibkar tərəfindən alınmamasını səbəb kimi göstərir. Sahibkar isə bildirir ki, ona bu barədə rəsmi müraciət edilməyib və sayğac olmasa belə, məhkəmə qərarına əsasən qaz normativlə hesablanmaqla bərpa edilməlidir.
Sfera.az qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərarlarının dərhal icra olunması zərurəti ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, "Azəriqaz" qərarın icrası təmin etmədiyi üçün haqqında inzibati xəta haqqında protokol tərtib edilib.
“Bakı Kommersiya Məhkəməsinin 25.12.2025-ci il tarixli icra sənədinə əsasən Ağdaş rayonu, Kükəl kəndində yerləşən istixanaya təbii qazın verilməsinin ayandırılması borclu "Azəriqaz” İstehsalat Birliyinə qadağan olunub. İcra sənədi 26.12.2025-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olub, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək iş üzrə tərəflərə göndərilib. Qərardadın dərhal icra edilməli olduğu nəzərə alınaraq, "Azəriqaz” İB-yə 28.12.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməklə yanaşı, tələbin təmini məqsədilə borclu təşkilatla telefon vasitəsilə də əlaqə saxlanılıb. Bu zaman sözügedən ərazidə boruların yararsız halda olması səbəbi ilə qaz sızması baş verdiyi və nöqsan aradan qaldırıldıqdan sonra qaz verilişinin bərpa ediləcəyi bildirilib. Sonrakı dövrdə də tələb təmin edilmədiyindən 2026-cı ilin yanvar ayının 5-i va 8-i tarixlərində "Azəriqaz" İB ilə yenidən şifahi qaydada əlaqə saxlanılsa da, eyni səbəblər əsas gətirilərək qərarın icrası təmin olunmayıb. İcra sənədinin icrası təmin edilmədiyindən borclu təşkilat barədə 16.01.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə təqdim edilib və hazırda məhkəmənin icraatındadır”, - cavabda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
“Azəriqaz” Ağdaşda yüzlərlə kəndlini işsiz qoydu – Məhkəmə qərarı icra edilmir
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Milyonlar qazanan keçmiş nazirin şirkəti vergi borclarını ödəmir - ARAŞDIRMA
“Kontakt Home”un sahibi ilə iş adamı arasında qalmaqal – (FOTO/YENİLƏNİB)
“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55