Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sərnişinlər ADY-dən şikayətçidilər: Qatarlar bu stansiyada dayanmır - VİDEO

Sərnişinlər ADY-dən şikayətçidilər: Qatarlar bu stansiyada dayanmır - VİDEO

Sərnişinlər ADY-dən şikayətçidilər: Qatarlar bu stansiyada dayanmır - VİDEO
2026-02-02 , 14:56

Xeyli müddətdir ki, Bakı-Sumqayıt elektrik qatarı keçmiş “Montin”, indiki “Nəriman Nərimanov” dəmiryol stansiyasından keçsə də, burada dayanmır. 


Yenilik.az ATV-yə istinadən xəbər verir ki, qatarların bu stansiyasında dayanmaması sərnişinlərin işini xeyli çətinləşdirib.
Onlar digər qəsəbə və şəhərlərə getmək üçün Bakı Dəmiryol Vağzalına üz tuturlar.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan yerlərdə dayanacaq verilir. Qatarların “Nərimanov” stansiyasında da dayanması nəzərdə tutulub:
“Nərimanov” stansiyasında qatarlara dayanacaq verilməməsi bu stansiya ilə Bakı Dəmiryol Vağzalı arasında məsafənin qısalığı, eləcə də tələbatın yüksək olmaması ilə əlaqədardır. Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramına əsasən, 2030-cu ilədək həm mövcud xətlərdə yeni dayanacaqların yaradılması, həm də mövcud stansiyaların bəzilərində, o cümlədən “Nərimanov” stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır”. 
Ətraflı videomaterialda:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.