Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – Turistlər də narazıdır
2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu rəqəm 2024-cü illə müqayisədə 2,1 faiz azalma deməkdir. Turizm statistikasındakı bu geriləmənin səbəblərindən biri isə ölkəyə gələn qonaqların nəqliyyat sistemindən narazı qalmasıdır.

Mütəxəssislər bildirir ki, ölkədə nəqliyyat sahəsində problemlər sistemli xarakter daşıyır. Bir sıra ərazilərdə hələ də istismara yararsız avtobuslar xəttə buraxılır, sərnişinlər dayanacaqlarda uzun müddət gözləməyə məcbur qalır. Tıxaclar və marşrutlarda qeyri-müntəzəmlik də narazılıqları artıran əsas amillər sırasındadır.
Bu fonda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimaiyyətdə daha çox problemləri həll edən deyil, cərimə yazan qurum kimi tanınır. Paytaxt sakinləri artıq Bakını istehzalı şəkildə “cərimə batalyonu”na çevrilmiş şəhər adlandırırlar.
Son günlər AYNA sədri Anar Rzayevlə bağlı yayılan məlumatlar da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, onun aylıq maaşının 19 min 500 manat olduğu iddia edilsə də, bu mövzuda ünvanlanan suallar rəsmi cavabsız qalıb. Qurum məsələ ilə bağlı aydın mövqe ortaya qoymayıb.
Vəziyyət isə rəqəmlərdə və gündəlik reallıqda açıq-aydın görünür. Təkcə yerli vətəndaşlar deyil, bir neçə günlük Azərbaycana səfər edən turistlər belə ölkəni nəqliyyatla bağlı narazılıqla tərk edirlər. Bu isə turizm imici üçün ciddi siqnaldır.

Nəqliyyatın mövcud vəziyyəti nəinki vətəndaşları, turistləri də belə narahat edirsə, dəyişiklik üçün hansı tədbirlər həyata keçirilməlidir?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, paytaxtda hazırda əhali sayı və məskunlaşma çoxdur:
“Bu isə öz növbəsində nəqliyyatda da sıxlıq yaradır və intervallar artır. “Bakı Metropoliteni” sovet dövründə tikilib və hazırkı Bakı üçün hesablanmayıb. Hətta Bakı metrosunda xətlər elə təşkil olunmuşdu ki, qatarların rahat dövr edib depodan geri qayıtması da müəyyən stansiyalarda mümkün deyildi. İndi bu şərait qurulur, yeni depo və stansiyalar tikilir ki, problem həll edilsin.Yəni, metroya daha çox qatar buraxmaq imkanları yaradılır ki, intervallar azalsın”.

Ekspert deyib ki, paytaxtda zamanında ictimai nəqliyyat şaxələndirilməyib:
“Əksinə, ictimai nəqliyyat növlərinin sayı azaldılıb. Buna nümunə kimi tramvayların sonrakı dövrlərdə fəaliyyət göstərməməsini göstərmək olar. Hazırda Bakıda əsas daşınma yükünü avtobus və metro çəkir. Köməkçi alətlər isə taksi və dəmir yollarıdır. Göründüyü kimi o qədər də şaxələnməyib. Onu da qeyd edim ki, daşıyıcı şirkətlər də vaxtında öz avtobus parkını yeniləməyiblər və köhnə avtobuslarla çalışıblar. İndi onların qarşısına kəskin tələb qoyulub ki, bu proses həll edilsin və marşruta yalnız yeni avtobuslar buraxılsın. Hazırda bu proses gedir. Müvafiq qurumlar elan ediblər ki, ən azı yeni 2800 avtobusa ehtiyac var. Bunu həll etmək o qədər də asan məsələ deyil. Çünki hələ də köhnə avtobuslar və onları yeniləri əvəz etmir. Ötən ilin statistikasına baxanda görürük ki, dövlətlə yanaşı, özəl daşıyıcılar da artıq yeni avtobuslar gətiriblər. Proses gedir, lakin bu tez bir zamanda həll olunan problem deyil. Tramvay xətlərinin salınması nəqliyyat üçbucağı yaradacaq və ictimai nəqliyyat şaxələnəcək”.
Musavat.com
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kazino biznesinə icazə verilərsə BÜDCƏ NƏ QƏDƏR QAZANAR?
Prezident bu şəxsləri əfv etdi - Siyahı
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Milyonlar qazanan keçmiş nazirin şirkəti vergi borclarını ödəmir - ARAŞDIRMA
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı
İctimai nəqliyyatda gedişhaqqı dəyişdi
Prezidentin sədrinə töhmət verdiyi qurumun maliyyə vəziyyəti - 103 milyon manat zərərlə işləyib
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55