Şeyx Əbdüldən Şəfiqə Məmmədova ilə bağlı sərt sözlər - "Orada mollalıq eləyir?"
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) arasında qalmaqal böyüyür.
Yenilik.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hazırda xəstəxanada müalicə olunan aktyor səhhəti ilə maraqlanmadıqları üçün AKİ-nin sədr müavini Əli İsa Cabbarov və Xalq artisti Şəfiqə Məmmədovanı ittiham edib:
"İttifaqın işi kino xadimlərinə xidmət etməkdir. 5–10 hazıra-nazirin kef etməsi üçün yox, yaşlı, xəstə, ömrünü-gününü kinoya fəda edənlərə xidmət etməkdir. İttifaq təkcə Rasim Balayevdən ibarət deyil, müavinləri Şəfiqə Məmmədova və Əli İsa Cabbarov da var. İttifaq onların xüsusi mülkiyyəti deyil. Hətta onlar ittifaqdan adam ayırmalıdır ki, xəstəxanada gəlib mənə baxsınlar. Hələ də bilmirəm ki, dövlət bu ittifaqa niyə pul verir? Əli İsaya salam söyləyirəm və deyirəm ki, ayıb olsun. Bu günə kimi mənə zəng belə etməyib. Əli İsa, ittifaq sizin deyil, bizimdir. Mənim sizə heç bir ehtiyacım yoxdur. Bəlkə mənim heç baxanım yoxdur. Bu məsələni belə qoymayacağam, çıxan kimi problemə aydınlıq gətirəcəm".
O, Şəfiqə Məmmədovanın "baldızım rəhmətə gedib, başım qarışıqdır" fikirlərinə də münasibət bildirib:"Onun baldızı kimdir ki, akademikdir, yoxsa hansısa məmur? Başı qarışıb, neynir, orada mollalıq eləyir? Şəfiqə Məmmədova yalan danışır. Ona etdiyim yaxşılığı heç dədəsi də etməyib. Dədəsi belə ölsə, bəhanə etməməlidir. Mən bu boyda ittifaqın ağsaqqalıyam".
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr müavini Əli İsa Cabbarov açıqlamasında Xalq artistinin ittihamlarına belə cavab verib:
"Mən Əbdül müəllimin hisslərini başa düşürəm, çünki eyni hissləri biz də keçirmişik. O zaman ki, Əbdül müəllim Ramiz Mehdiyev və Əli Həsənovun İttifaqa qarşı təşkil etdikləri kampaniyada aktiv iştirak edib, "Şamaxının çörəyi Rüstəmə haram olsun" deyirdi, 40 il üzv olduğu İttifaqı qoyub gedib, telekanallardan təşkilatı və onun üzvlərini linc edirdi, onda biz özümüzü tək qoyulmuş hiss edirdik. Amma biz sınmadıq, yolumuza davam etdik, mövqeyimizi siyasi konyukturadan ötrü 3 ildən bir dəyişmədik, məmur sifarişinə yox, dövlətə sadiqliyimizi sübut etdik.
Əbdül müəllim 40 il çörək kəsdiyi dostuna "yeriyə bilmir", "ti kto takoy", "onu mən adam eləmişəm" deyəndən sonra onun sədr olduğu təşkilatdan nə umur? Mən Nizami Kino Mərkəzində hələ ittifaqların birləşməsinə qədər Əbdül müəllimə yaxınlaşıb "bir sənətkarın şəxsiyyətini qoyaq qırağa, ən azı xanım olduğunu nəzərə alıb təhqir etmək olmaz" deyəndə, cavab verdi ki, "sən bu işlərə qarışma, mən onları 50 ildir tanıyıram". İndi məndən nə umur, yandırdığı körpüləri xəstəxanadan verdiyi barışdırıcı 3 cümlə ilə bərpa etmək istəyir?!Mən Əbdül müəllimi səbrli olmağa, onunla manipulyasiya edilməsinə imkan verməməyə çağırıram. Heç bir kinorejissora məmur əlində oyuncağa çevrilmək yaraşmaz. Bununla yanaşı, Əbdül müəllimin məvacib aldığı Kino Agentliyinin və Mədəniyyət Nazirliyindən onunla daimi əlaqədə olan iki məmurunun nəzərinə çatdırıram ki, onun Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri və birinci katibinin işgüzar nüfuzuna zərbə vuran hər hansı sözünə görə məsuliyyəti şəxsən onlar daşıyır. Onları məvacib verdikləri əməkdaşlarının Prezidentin "İstiqlal" ordeni verdiyi iki sənətkara qarşı hər hansı qeyri-korrekt münasibətinin qarşısını ildırım sürəti ilə almağa çağırıram. Əbdül müəllimi də tezliklə sağalıb həmkarları ilə dedi-qodu, təhqiramiz ruhda yox, üzbəüz, mətbuatsız, mərd-mərdanə müzakirəyə dəvət edirəm.
Sonda məlumat üçün bildirim ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il orta hesabla 20 üzvünə 50.000 AZN civarında sosial yardım verir, buraya onkoloji xəstələr, alzheymer xəstələri və uzun müddət işsiz olan sənətkarlar daxildir. Bir dəfəlik əməliyyat xərcləri ödənilən üzvlərimiz də var".
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
20 Yanvarda Moskvaya qaçan nazir öz müavininə zəng edib deyir ki...
"Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı "– Şeyx Əbdül
“Prodakşnlar min hoqqadan çıxır” – Xalq artisti üsyan etdi
İsa Qəmbərin xəyanət dosyesi: ant-milli şəbəkənin cavab vermək zamanı çatıb
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55