Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ağamalının xanımı: Xəstəxanaya çata bilmədi...

Ağamalının xanımı: Xəstəxanaya çata bilmədi...

Ağamalının xanımı: Xəstəxanaya çata bilmədi...
2026-02-10 , 15:06

İlk dəfə idi ki, infarkt keçirirdi. Heç vaxt ağrıları olmamışdı. Hətta Türkiyəyə gedəndə də ağrısı yox idi.


Yenilik.az Teleqraf-a istinadla xəbər verir ki, bu fikirləri sabiq deputat Fəzail Ağamalının həyat yoldaşı Suqra İmanova vida mərasimində jurnalistlərə deyib.

"Xəstəxanaya müayinə üçün getmişdi, amma xəstəxanaya da çata bilmədi, dünyasını dəyişdi. Heç nə arzulamıram. Bircə deyirəm – heyif… çox heyif ondan”, - deyə o bildirib.

Qeyd edək ki, Fəzail Ağamalı dünən Ankarada vəfat edib. O uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.