Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Keçmiş məmur Şəmkirdə daha bir şadlıq sarayı alıb

Keçmiş məmur Şəmkirdə daha bir şadlıq sarayı alıb

Keçmiş məmur Şəmkirdə daha bir şadlıq sarayı alıb
2026-02-14 , 15:01

Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda daha bir şadlıq sarayı alıb.  


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu, "Yasmin" şadlıq sarayıdır.

Məlumatda bildirilir ki, keçmiş məmur obyektin profilini dəyişmək niyyətində deyil. Yəni, obyekt şadlıq sarayı kimi fəaliyyətini davam etdirəcək. Amma bəzi məluamtlara görə, obyektin restoran kimi fəaliyyət göstərməsi də istisna deyil. 


Cavanşir Yusifov bundan əvvəl Şəmkirdə fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayını almışdı. Həmin şadlıq sarayı Cavanşor Yusifovun oğlu Rüfət Yusifovun adına rəsmiləşdirilib. 

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun qardaşı olan Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.