Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Brilliant Dadaşovanın həyat yoldaşı işdən niyə çıxarılıb?

Brilliant Dadaşovanın həyat yoldaşı işdən niyə çıxarılıb?

Brilliant Dadaşovanın həyat yoldaşı işdən niyə çıxarılıb?
2026-02-14 , 15:04

Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin vəzifəsindən azad olunmasının təfərrüatları məlum olub.


Qaynarinfo-ya daxil olan məlumata görə, Ədalət Hacıyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Məlumata görə, o, Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin ediləcək.
 



Məsələ ilə bağlı Ədalət Hacıyevin həyat yoldaşı, Xalq artisti Brilliant Dadaşovanın da mövqeyini öyrənməyə çalışdıq. Müğənni həyat yoldaşının işdən çıxarılmasından xəbərsiz olduğunu bildirdi. 
 


Qeyd edək ki, Ədalət Hacıyevin vəzifəsindən azad olunması barədə xəbəri oxu.az saytı yayıb. Bildirilib ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru təyin edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.