İsa Həbibbəyli niyə vəzifədən getmir? - Ramiz Mehdiyev faktoru müzakirələri qızışdırdı
Son aylarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ilə bağlı ictimai müzakirələr kəskin şəkildə artıb. Sosial mediada və bəzi KİV-lərdə tənqid olunur ki, belə bir mürəkkəb ictimai-siyasi dönəmdə, ölkədə yüksək səviyyəli məmurlar və ictimai xadimlər barəsində ciddi ittihamlar irəli sürülən bir vaxtda Həbibbəyli hələ də vəzifəsində qalır. Onun Ramiz Mehdiyevlə münasibətləri, “Ramiz müəllim” deyərək az qala təzim etməsi və keçmiş dövlət məmuruna qarşı sədr kimi sərt tədbirlər görməməsi bu sualları daha da aktuallaşdırıb. Ən mühümü, Ramiz Mehdiyevin hələ də AMEA-nın həqiqi üzvü kimi saxlanılması ciddi müzakirələrə səbəb olub.

Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Bu məsələdə kiminsə vəzifədən azad olunması, həmin vəzifədə qalması, o cümlədən İsa Həbibbəylinin AMEA prezidenti kimi fəaliyyət göstərməsi mürəkkəb məsələdir. İsa Həbibbəylinin Ramiz Mehdiyevə isti münasibəti də bir qədər mürəkkəb məsələdir. Çünki biz hər kəsə istədiyimiz münasibəti göstərə bilirik. Özümüzün bir təsəvvürü var, yaxşıdır, pisdir, uyğundur, uyğun deyil. O ki qaldı Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvü kimi qalmasına, bu, iki halda mümkündür: Birincisi, hansısa fövqəladə hadisə baş verməlidir ki, qərar qəbul edilsin. İkincisi isə AMEA-nın nizamnaməsinə uyğun olaraq, akademiklərin müxbir üzvlər haqqında təlimatına uyğun olaraq, akademiklərin ümumi yığıncağı keçirilməli və həmin yığıncaqda müvafiq qərar qəbul olunmalıdır. Yəni həmin mexanizm olmadan kimisə mexaniki şəkildə akademik adından məhrum etmək çətin məsələdir. Əgər kimsə hesab edirsə ki, Ramiz Mehdiyev akademik adına layiqdir, özü bilər. Şəxsən mən hesab edirəm ki, onun akademik adını daşıması həqiqi elm adamlarına qarşı istehzadır, ironiyadır.
Təəssüf ki, son illərdə bu cür akademiklərin sayı çoxalıb. Eyni tendensiya bəzi professor və digər elm təmsilçiləri ilə bağlı da hiss olunur. Bu isə cəmiyyət üçün ciddi problemlərdən biridir. Cəmiyyətin sağlamlaşması üçün elm sahəsində, təhsildə, idarəçilikdə və digər istiqamətlərdə daha prinsipial, şəffaf və obyektiv addımlar atılmalıdır”.

Sabiq deputat Etibar Əliyev də mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“İsa Həbibbəylinin çıxmasına AMEA Rəyasət Heyəti cavabdehlik daşıyır. Bu, onların qərarı əsasında ola bilər. Niyə təkid edirlər ki, filankəs vəzifədən getməlidir. Mən şahidiyəm ki, İsa Həbibbəyli ilə Ramiz Mehdiyevin münasibətləri normal olmayıb. Onu hətta vəzifəsindən də kənarlaşdırmışdı. Onun həmin vəzifədə qalmasına akademiklər və akademiyanın müxbir üzvləri münasibət bildirməlidirlər. Əgər münasibət bildirmirlərsə, deməli, İsa müəllimin fəaliyyəti onları qane edir. İsa Həbibbəyli ilə 5 il parlamentdə həmkar olmuşuq, ondan sonra rastlaşmamışam. Fikrimcə, İsa Həbibbəyli fərqli idarəetmə metodu ilə işləyir. Əgər biz Akif Əlizadənin idarəçiliyi ilə, Ramiz Mehdiyevin idarəçiliyi ilə müqayisə etsək, İsa Həbibbəylinin idarəçiliyini onlardan üstün hesab edirəm.
Digər tərəfdən, Elmlər Akademiyası bütöv formatda fəaliyyət göstərmir. Akademiyanın institutlarının böyük əksəriyyəti Elm və Təhsil Nazirliyinə tabe edilib. Yerdə bir neçə institut qalıb, onların da məsələyə müdaxilə etmək ixtiyarları yoxdur. İsa Həbibbəyli də öz çıxışında dedi ki, Ramiz Mehdiyevi istintaqdan sonra Akademiyanın həqiqi üzvlüyündən azad edəcəklər. Sadəcə bəzi proseslər olmalıdır, burada İsa Həbibbəylidən asılı olmayan məsələlər var”.

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyevin xəyanət dosyesi...
İsa Qəmbərin xəyanət dosyesi: ant-milli şəbəkənin cavab vermək zamanı çatıb
Gəzmədiyi nazirlik qalmayıb — Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Akademiklər Mehdiyevə qarşı… AMEA Ramiz Mehdiyevlə bağlı iclas keçirməlidir
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
Mehdiyevi xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Ramiz Mehdiyev–Əli Kərimli xətti: Dövlətə qarşı gizli siyasi şəbəkə araşdırılır - Onlar Kremlin hansı sifarişlərini yerinə yetirirdilər?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55