Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB
2026-02-18 , 15:06

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.

Busaat.az xəbər verir ki, “Trend”in əldə etdiyi məlumata görə, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.
Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan “seçildiyi” vurğulanıb.
Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra başçısına irad tutulub.
Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.