Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Uşaq “Lego” ilə böyüyürsə, dünyası xarici obrazlarla formalaşır”

“Uşaq “Lego” ilə böyüyürsə, dünyası xarici obrazlarla formalaşır”

“Uşaq “Lego” ilə böyüyürsə, dünyası xarici obrazlarla formalaşır”
2026-02-20 , 14:50

“Uşaqlarımızın ilk oyuncaqları hamısı qeyri-milli və əcnəbi istehsallıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 
“Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, estetik zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar “Lego” ilə böyüyürsə, uşaqların zehni və emosional dünyası xarici məhsulların obrazları ilə formalaşır. Minillik nağıllar, qəhrəmanlar, mifoloji obrazlar uşaqlara fiziki şəkildə təqdim olunmur. 
Oyuncaqlar, cizgi filmləri, kitablar tarixi yaddaşın əsas daşıyıcıları, hard diskləridir. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Lakin xarici markalar hazır məhsul, cizgi və kitablarla həm əyləncə, həm də təhsil rolunu doldurur”, - deputat qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.