"Labubu" oyuncaqları və onun mümkün təsirləri: Hansı təhlükələrlə üz-üzəyik?
Məşhur oyuncaqların istehsalçısı olan Çinin "Pop Mart" şirkətinin "Labubu" oyuncağı bir il ərzində böyük səs-küyə səbəb olub. Artıq Azərbaycanda da bu oyuncağa maraq get-gedə artır.
Maraqlıdır, bəs görəsən, qəribə görüntüsü ilə qısa müddətdə fenomen olan "Labubu" oyuncaqları insanların psixologiyasına necə təsir edir? Onların ölkə ərazisində satışına nəzarət edilirmi?
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Oxu.Az-ın suallarına cavab olaraq söyləyib ki, fenomen olan "Labubu" oyuncağının arxasında sadəcə istehlak mədəniyyəti deyil, eyni zamanda insan psixologiyasına təsir edən bir sıra mexanizmlər dayanır:

"Estetik cəhətdən fərqli, vizual olaraq həm şirin, həm də bir qədər sirli görünüşü ilə seçilən "Pop Mart"ın məşhur "Labubu" oyuncaqları artıq ölkəmizdə də bir çox insanın çantasının üzərində, avtomobil aksesuarı kimi və ya kolleksiya predmetləri olaraq yer almaqdadır. Bu fenomenin arxasında sadəcə istehlak mədəniyyəti deyil, eyni zamanda insan psixologiyasına təsir edən bir sıra mexanizmlər dayanır. Əlbəttə ki, bu oyuncaqlar uşaqların psixologiyasına öz təsirini göstərir. Belə ki, "Labubu" oyuncaqları antropomorfik (insanabənzər) formada hazırlandığı üçün uşaqlarda "canlandırma" instinktini gücləndirir. Bu da onların emosional tənzimlənməsinə və empatiya bacarığının inkişafına müəyyən təsir edə bilər. Çünki, uşaq bir oyuncağa duyğu yüklədikdə, onunla söhbət edir, hisslərini paylaşır və bu, tək qalma qorxusunu bəzən azalda bilir.
Bəzi "Labubu" dizaynlarında isə gözlər çox iri, ağız kəskin və qeyri-real ifadəli olur. Bu da xüsusilə 3-6 yaş arası uşaqlarda çaşqınlıq, narahatlıq və hətta gecə yuxularında qorxu hallarına səbəb ola bilər. Çünki, uşağın inkişaf mərhələsinə uyğun olmayan vizual stimullar psixoloji diskomfort yaradır. Əgər bu tip oyuncaqlarla davamlı qarşılaşma baş verirsə və valideyn tərəfindən yönləndirmə olmursa, uşaqlar gerçəkliklə fantaziyanı ayırd etməkdə çətinlik çəkə bilərlər. Bu da mücərrəd düşüncənin inkişafında pozucu faktor kimi çıxış edə bilər".
Psixoloq oyuncaqların böyüklərə də öz psixoloji təsirini göstərdiyini vurğulayıb:
"Belə ki, "Labubu" kimi "vintaj" estetikaya malik oyuncaqlar xüsusilə 1990-cı illər nəsli üçün nostalji hisslər oyadır. Bu tip aksesuarlar uşaqlıqla emosional bağlantı yaratmaq üçün bir vasitə olur. Xüsusilə stresli və urbanizasiyanın yaratdığı psixoloji təzyiqlərdən qaçmaq üçün bir növ "emosional təhlükəsizlik obyektinə" çevrilir. Bu oyuncaqlar eyni zamanda fərqliliyi simvolizə edirlər. Onu çantasında və ya avtomobilində daşıyan insan qeyri-adi zövq və "alternativ" baxış bucağı ilə özünü təqdim edir. Beləliklə, bu, fərdilik və sosial qrup identifikasiyası funksiyası daşıyır. Özünü ifadə etməyin yeni forması kimi qəbul olunur".
Onun sözlərinə görə "Labubu" kimi oyuncaqların bir çox hallarda "surprise box" (gizli qutu) formasında satılması və insanların hansı modeli aldığını bilmədən seçim etməsi dopamin axınını stimullaşdırır:
"Belə ki, insan yeni model tapana qədər alış-verişi təkrar edir. Uzunmüddətli dövrdə bu, kompulsiv istehlak davranışına, maliyyə nəzarətində çətinliklərə və psixoloji asılılığa səbəb ola bilir. Ona görə də, uşaqlara bu oyuncaqları alarkən onların yaşına uyğun vizual dizaynları seçmək vacibdir. Oyuncağın yalnız estetik deyil, psixoloji olaraq da təhlükəsiz olub-olmadığı nəzərdən keçirilməlidir. Eyni zamanda valideyn uşağın oyuncağa yanaşmasını müşahidə etməli, onun bu oyuncağa münasibəti haqqında söhbətlər aparmalıdır. Əgər bir uşaqda "Labubu" kimi oyuncaqlarla oynadıqdan sonra qorxu, narahatlıq, sosial təcrid və ya obsessiv davranışlar yaranırsa, bu halda psixoloq dəstəyi tövsiyə olunur. Çünki, bu tip oyuncaqlar zövq məsələsi olmaqla yanaşı, insan psixologiyası ilə çox incə tellərlə bağlıdır. Onların pozitiv və ya mənfi təsiri, daha çox istifadə formasına, yaş qrupuna və sosial kontekstə bağlı olaraq dəyişir. Psixoloji aspektləri düzgün qiymətləndirdikdə, bu tip oyuncaqlar estetik və emosional rifaha xidmət edə bilər. Əks halda bu, psixoloji diskomfort və kompulsiv davranışlara yol aça bilər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, əmtəə bazarına buraxılan bir çox malların, o cümlədən uşaq oyuncaqlarının təhlükəsizliyini təmin edən hər hansı qərar mövcud deyil:

"Əvvəllər Nazirlər Kabinetinin 343 saylı qərarı var idi. Bu qərara görə təhlükəsizliyi təmin olunan malların siyahısı mövcud idi. Ölkənin əmtəə bazarına mallar daxil olmadan öncə, həmçinin oyuncaqlar da ekspertizadan keçirilib yoxlanması gərəkli idi. Hazırda bu qərarın mövcud olmaması səbəbindən malların, o cümlədən uşaq oyuncaqlarının təhlükəsizliyi ilə bağlı qərar yoxdur. Oyuncaqları demək olar ki, heç kəs yoxlamır. Gömrük yoxlanışı zamanı onun VÖEN-inə, hansı ölkədən gətirildiyinə və sənədlərinə baxılır, daha sonra əmtəə bazarına buraxılır".
Sədrin sözlərinə görə, oyuncaqlar uşaqların tərbiyəsinin formalaşmasında böyük rola sahibdir:
"Oyuncaqların təhlükəsizliyindən savayı onların uşaqların tərbiyəsində də rolu böyükdür. Uşaqlara gəlincik deyəndə sarı saçlı "Barbie" oyuncaqlarını gözlərinin önünə gətirirlər. Təsadüfi deyil ki, ölkə ərazisində gedərək sarı saçlı xanımların sayı da artır. Hər bir oyuncaq gələcəkdə mala və əmtəəyə çevrilib daha böyük əmtəə olaraq satılır. Balaca uşaqların nə qədər avtomobili, gəlinciyi olar? Bu oyuncaqlar müasir əsrin mühüm məsələsi olan gözüdoymaz, acgöz istehlakçı yaradılması üçün böyük rol oynayır. Oyuncaqlar insanlarda "qamarla, dağıt, məhv elə, biri varsa, üçü də olsun, nə edirsən et, təki say artsın" şüurunun formalaşmasına səbəb olur. Biz nəfsi sonsuz olan istehlakçı dövründə yaşayırıq. Bizi bura gətirən marketoloqların yaratdıqları cəngəlliklərdir. İstehlakçılar həmin cəngəllikdə azırlar. Biz nəfsin başımıza açdığı oyunları hiss etmədən onun əsirinə çevrilirik".
Eyyub Hüseynov qeyd edib ki, sözügedən oyuncaqları da yoxlasalar, tərkibində zərərli maddələr aşkarlana bilər:
"Oyuncaqların hazırlanmasında rənglərdən istifadə olunduğu məlumdur. Rənglərin isə tərkibində ağır metallar olur ki, bunlar da güclü zəhərləndiricilərdir. Bunların tədqiqatı heç yerdə aparılmır. Uşaqları və böyükləri ağır xəstəliklərə sürükləyən amillərdən biri də budur. Ölkədə təəssüf ki, yerli oyuncaq istehsal edən müəssisə yoxdur. Bazarda xaos hökm sürür".
Dövlət Gömrük Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisinə kommersiya maraqları üçün nəzərdə tutulan məhsulların gətirilməsi zamanı müvafiq sənədlər yoxlanılır:
"Müvafiq sənədlər olmadığı təqdirdə, ölkə ərazisinə idxalına icazə verilmir. Yalnız sənədləri qaydasında olan məhsulların ölkə ərazisinə buraxılmasına icazə verilir".
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Prezidentin rəsmi qarşılanma mərasimindən – Fotolar
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14