Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qobustanda gecə işıqlandırma xətləri təmir olunacaq – 170 min manatdan çox vəsait ayrılır

Qobustanda gecə işıqlandırma xətləri təmir olunacaq – 170 min manatdan çox vəsait ayrılır

Qobustanda gecə işıqlandırma xətləri təmir olunacaq – 170 min manatdan çox vəsait ayrılır
2026-02-23 , 06:33

Qobustan Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən QOBUSTAN RAYON KOMMUNAL MÜƏSSİSƏLƏRİ KOMBİNATI tərəfindən “Qobustan şəhər ərazisində mövcud gecə işıqlandırma xətlərində cari təmir işi ilə əlaqədar materialların alınması və cari təmir işləri”nin satın alınması nəzərdə tutulur.

32gun.az xəbər verir ki,  Satınalma çərçivəsində şəhər ərazisində mövcud küçə və prospektlərdə gecə işıqlandırma xətlərinin yenilənməsi, nasazlıqların aradan qaldırılması, eləcə də təmir işləri üçün  materialların alınması planlaşdırılır.
Layihənin ehtimal olunan dəyəri 170.360,32 AZN təşkil edir.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.