Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Günay Ağamalının döydürdüyü deyilən köməkçisi işdən çıxdı

Günay Ağamalının döydürdüyü deyilən köməkçisi işdən çıxdı

Günay Ağamalının döydürdüyü deyilən köməkçisi işdən çıxdı
2026-02-23 , 15:06

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının döydürdüyü iddia olunan köməkçisi Pərviz Mirizadənin işindən ayrılması ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Günay Ağamalı ilə əlaqə saxlayıb.
Deputat saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, köməkçisi könüllü şəkildə işdən azad olunmaq istəyib: “Bu, normaldır. Bir insan işləyir, müəyyən müddətdən sonra işindən ayrıla bilər. Yayılan xəbərlər isə kökündən yanlışdır. Mən bilmirəm yalan məlumatları hansı səbəbdən yayırlar. Heç bir problem yoxdur. Sadəcə olaraq özü könüllü şəkildə işdən ayrılmaq istədi”.
Qeyd edək ki, bir neçə gün əvvəl Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni öz mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılsa da, hər iki tərəf bunu təkzib etmişdi.
P.Mirizadənin işindən ayrılması ilə bağlı ilkin xəbəri Oxu.az yayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.