Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » AMEA-dan Ramiz Mehdiyevin kadrı olduğu deyilən şəxslə bağlı AÇIQLAMA

AMEA-dan Ramiz Mehdiyevin kadrı olduğu deyilən şəxslə bağlı AÇIQLAMA

AMEA-dan Ramiz Mehdiyevin kadrı olduğu deyilən şəxslə bağlı AÇIQLAMA
2026-02-24 , 15:59

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Aynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, iclasda bu məlumatın gizli saxlanması, yayılmaması tapşırılıb, həmçinin akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə Aynur Günəşlinin tezliklə dissertasiya müdafiə etməsi üçün təcili tapşırıq verib. N.Məmmədli də İnstitutun Dissertasiya Şurasında 100-dən artıq dissertant və doktorantın növbədə gözləməsinə baxmayaraq, Aynur Günəşlini ilk sıraya daxil edib.

 
Pravda.az-ın əməkdaşı AMEA-nın Elm və Təhsil Şöbəsinin müdir müavini Vüsal Zülfüqarov ilə əlaqə saxlayıb.
 
O, məlumatı təsdiqləyib: “Bəli, Aynur Günəşli Elm və Təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Səsləndirilən digər iddialarla bağlı isə məlumatım yoxdur...”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.