Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Gecə paltarlarını reklam edən bloqer cərimələndi — FOTOLAR


Gecə paltarlarını reklam edən bloqer cərimələndi — FOTOLAR


Gecə paltarlarını reklam edən bloqer cərimələndi — FOTOLAR
2026-03-03 , 18:46

Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə uyğun hesab olunmayan paylaşımlar edən daha bir qadın inzibati məsuliyyətə cəlb olunub.


Yenilik.az-ın “qafqazinfo”ya istinadən yaydığı məlumata görə, 1996-cı il təvəllüdlü S. Abbasova barəsində prokurorluq tərəfindən protokol tərtib edilib. Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi onun əməlini İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi – internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər – üzrə qiymətləndirib və işə Suraxanı Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, 140 mindən çox izləyicisi olan instaqram hesabında yerləşdirdiyi bəzi videolarda o, xarici dildə səslənən musiqi fonunda oriental rəqs hərəkətləri edib, digər paylaşımlarda isə hər hansı satış məqsədi və ya brend təqdimatı olmadan bədəninin hissələrini nümayiş etdirib.

Məhkəmənin qərarı ilə S. Abbasova 1000 manat məbləğində cərimə tətbiq olunub.









Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.