Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Çətir tutduğuna görə işdən çıxarıldığı deyilən şəxs AMEA-nın iclasında — FOTO

Çətir tutduğuna görə işdən çıxarıldığı deyilən şəxs AMEA-nın iclasında — FOTO

Çətir tutduğuna görə işdən çıxarıldığı deyilən şəxs AMEA-nın iclasında — FOTO
2026-03-11 , 14:31

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən çəkilmiş görüntüsünə görə gündəmə gəlmişdi. Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. İddia edilirdi ki, sonradan həmin şəxs işdən çıxarılıb.

 
Demokrat.az-ın əldə etdiyi məlumata görə həmin şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur. O, işdən çıxarılmayıb və martın 11-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında iştirak edib.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.