Balaəlinin və Bill Qeytsin saatları – birininki 1000 manat, o birininki - 50 dollar
Ömrümdə bircə dəfə meyxanaçıların deyişdiyi toyda olmuşam. Balaxanıda iş yoldaşımızın qardaşı oğlunun kiçik toyuydu, kənd kulinariyasının ləzzətli təamlarından nuş etdikdən sonra mağara, toyxanaya adladıq. Tanınmış və tanınmamış meyxanaçılar cərgə ilə oturmuşdular və ionikanın müşayiəti ilə, avazla meyxana deyir, deyişirdilər. Bildiyiniz söhbətlər. Bir-birinə sözsoxmalar.
Auditoriyada hər yaşdan adam vardı, amma əsas kontingent 20-40 yaşlılar idi. Onlar deyişmələri böyük zövq və şövqlə dinləyirdilər, “güclü söz deyənlər”i alqışlayırdılar, lap çox xoşları gəldiyində “rəyasət”ə yaxınlaşır, meyxanaçılara pul verirdilər – 5, 10, 20 manatlıq əskinaslar.
Bu toyxana və onun auditoriyası yadıma Balaəlinin dediyi sözlərə görə düşdü. Balaəli bu günlərdə qazandığı pullar barədə danışarkən içkiyə-filana pul xərcləmədiyini demiş və belə bir əlavə etmişdi: “Gedib 50 manatlıq yox, 500 manatlıq köynək, 100 manatlıq ayaqqabı yox, 1000 manatlıq, 50 manatlıq saat yox, 10 min manatlıq saat almışam”.
Bu ifadəni oxuyandan sonra xatırladım ki, toyxanada meyxanaçılara pul verənlərin ayağında 500 manatlıq yox, 50 manatlıq ayaqqabı vardı. Payız vaxtıydı, əyinlərində 500 manatlıq gödəkçə, kostyum yox idi, 100+ manatlıq geyimlər idi. Və heç biri 10 min manatlıq saat taxmamışdı.
Bəs bilirsinizmi 100 milyard dollardan çox varidatı olan amerikalı biznesmen Bill Qeyts hansı qiymətdə saat taxır? Deyim, bilin. Adı ölkəmizdə “koronovirusu yayan pis adam” kimi çıxmış Bill Qeyts “Casio Duro” saatı (model MDV-106-1A) taxır və bu saatın qiyməti 50 dollardır. Qara siferblatı və rezin qayışı olan, etibarlı, sadə saatdır, suyun altında da işləyir.
Söz yox, Bill Qeytsin pulu Balaəlininkindən az olmaz, amma adam təvazökardır, saatıyla, ayaqqabısı ilə öyünmür.
Bu saat məsələsi belədir ki, indiki dövrdə daha çox aksessuardır, vaxtı göstərən mobil telefonların olduğu yerdə saat taxmaq sol qola (bəzi təşər adamlar saatı sağ qola taxır) ağırlıq bağlamaqdan başqa bir şey deyil, amma ondan heç cür vaz keçə bilməyən insanlar var.
Bir də əsas məsələ odur ki, onu əlindən aldırmayasan.
Yadınızda olar, 5-6 il əvvəl bir azərbaycanlı məmur-oliqarxın oğlunun 2 milyonluq saatını İspaniyanın İbiza adasında quldurluq yolu ilə əlindən almışdılar. Oliqarxzadə dostları ilə adada dincəlirmiş, yaramaz quldurlar onun qolundakı saatı tanıyıblar və onu “Uşaqlığın son gecəsi” filmindəki Muradın vəziyyətinə salıblar, saatı açdırıb, alıb, aparıblar. Can şirin şeydir. Olmasın 2 milyon dollar. Biz olsaq və quldurlar 2 manatlıq saatımızı istəsələr, vermərik? Verərik.
Yerli polis insidentə dair araşdırma aparınca, xəbər İspaniya mediasına sızmış, ordan da Azərbaycan mətbuatına sellənmişdi. Amma heç bilmədik, o saat tapıldımı, qarətçilər tutuldumu, ümumiyyətlə, o işin axırı necə oldu. Bilən varsa, inboksuma yazsın.
Bu baxımdan torpağı qorumaq haqqında deyilmiş məşhur ifadəni perefraz edərək belə də demək olar: “Bahalı saatı qorumayacaqsansa, taxmağa dəyməz, taxmayacaqsansa, o qədər pul verməyə dəyməz”. Nəsə belə bir şey.
Düzdür, Balaəlinin 50 və ya 1000 manatlıq saat taxmasının elə bir fərqi yoxdur, o, hər iki halda meyxana deyən Balaəli olmaqdan çıxmayacaq, amma hiss olunur ki, qədeş özünü Bill Qeytsdın əskik oğlan saymır, ona görə də kasıb yazıçı Kəramətə ilişir.
Hərçənd yazıçıların da vaxtı olub. Sovet dövründə kitabı çıxan şair-yazıçıların çoxunun maşını vardı, yayda Qaqrada, Soçidə, Kislovodskda, Şuşada, Truskavetsdə dincəlirdilər, Qışda Yaltaya, Peredelkinoya gedir, ittifaq respublikalarından olan həmkarları ilə deyişirdilər - yəni ədəbiyyat mübahisəsi aparırdılar. Deputat olan şair-yazıçılar vardı. Hər il külli miqdarda mükafat, qonorar alanlar da çox idi. Pis deyildi. İndi meyxanaçılığa meyl güclü olduğu kimi, o zamanlar da yazıçılığa, şairliyə meyl güclüydü.
Sonra dövran döndü, ədəbiyyatın bazarı bağlandı. Bu saat şeir deyiləndə əsasən meyxana başa düşülür. İndinin insanları hövsələsizdir, 500 səhifəlik roman nədir, 500 işarəlik statusu güclə oxuyurlar. Bir azdan seriala, filmə baxan da olmayacaq, hamı 15-20 saniyəlik reels-lərə baxacaq. Dəb olub artıq.
Dediyim odur ki, “dərdlərə dərmandı kopolun pulu...”. Bir balaca da adam qudurdandı andır.
**
Dünya köhnə dünyadır, zoonoz viruslara yoluxanları təzədir.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Xalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim”
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
"Taksidə çalışdım, montyor, qarovulçu işlədim..."
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55