Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səkinə Sadıxova da işdən çıxarıldı

Səkinə Sadıxova da işdən çıxarıldı

Səkinə Sadıxova da işdən çıxarıldı
2026-04-23 , 09:08

Aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da vəzifəsindən azad edilib.
Xatırladaq ki, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.
Məlumata görə, bu gün 5 Tibb müəssisəsinin rəhbəri tutduğu postdan kənarlaşdırılıb

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.