Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Paşa Sığorta” müştəriləri üsyanda: Ödənişlər niyə gecikir? – Foto

“Paşa Sığorta” müştəriləri üsyanda: Ödənişlər niyə gecikir? – Foto

“Paşa Sığorta” müştəriləri üsyanda: Ödənişlər niyə gecikir? – Foto
2026-04-27 , 15:14

Müştərilər “Paşa Sığorta”dan imtina edir.

Tribuna.az xəbər verir ki, narazı müştərilərdən biri də Zeynal İsgəndərzadədir.
Sosial şəbəkədə problemini paylaşan Z.İsgəndərzadə bildirib ki, “Paşa Sığorta” artıq yarım aydır avtomobilinə dəymiş ziyanı qiymətləndirmir:
“Şikayətim “PASHA Insurance”dandır. Ayın 7-si yol-nəqliyyat hadisəsi yaşamışam.
9-u avtomobilimi “KİA” Servis Gənclikdə qiymətləndirilməsi üçün təqdim etmişəm.
Bu günə qədər isə “Paşa Sığorta” tərəfindən nə zərərin məbləği müəyyən edilib, nə də proseslə bağlı konkret məlumat verilib.
Dəfələrlə əlaqə saxlasam da, hər zəngdə fərqli və qeyri-müəyyən cavablar alıram”.
Müştərinin bu şikayətinə digər “Paşa Sığorta” müştəriləri də qoşulub.
Yazılanlardan belə görünür ki, şirkət bir sıra hallarda müştəriləri narazı salır, dəymiş ziyanın qiymətləndirilməsini gecikdirir və ödəniş prosesini uzadır.
Müştərilərin şikayətlərini təqdim edirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.