Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm” - VIDEO

24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm” - VIDEO

24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm” - VIDEO
2026-05-04 , 13:45

Bakı şəhərində ötən gün baş tutan marafonda iştirak edən Əməkdar artist Dilarə Əliyeva izləyicilərin marağına səbəb olub.

Musavat.com xəbər verir ki, tanınmış aktrisanın fit görünüşü tədbir iştirakçılarının diqqətindən yayınmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş müzakirələr yaradıb. İzləyicilər onun xarici görünüşünü yüksək qiymətləndirərək "20 yaş cavanlaşıb" kimi rəylər yazıblar. Dilarə Əliyevanın enerjili və gümrah görünüşü bir çox istifadəçi tərəfindən müsbət qarşılanıb.
Bu barədə Musavat.com-a danışan aktrisa bildirib ki, 24 kilo arıqlayıb:
“İlk olaraq qan analizlərimi verdim. Məlum oldu ki, qaraciyərimdə yağlanma, insulin dirəncim və zobum var. Bütün bunları nizama salmaq üçün ilk olaraq düzgün qidalanma ilə başladım. Beləliklə, qlütenli qidalar həyatımdan çıxdı. Detokslar edib bütün orqanizmimi toksinlərdən təmizlədim. Əslində çətin deyil. Bozbaş, piti, küftə, bütün bunları yeyirəm. Amma hansı saatda yeyəcəyimə diqqət edirəm. Ümumilikdə 6 ay müddətində 24 kilo arıqladım. Beləliklə, mənim daha güclü versiyamı yaratdılar. Nəticədə mən 83 kiloqramdan 59 kiloqrama düşdüm. Hazırda məqsədim təkcə gözəl görünmək deyil, həm də gümrah olmaqdır. Mən bir daha dərk etdim ki, yaş boş şeydir, insana hər şeyi dərk edən, anlayan və savadlı baş lazımdır ki, bədəni idarə etsin. Bundan artıq arıqlamağı düşünmürəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.