Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Qolumu ülgüclə kəsdi, qaçdım” - Xoşqədəmin həyat yoldaşından şok açıqlamalar

“Qolumu ülgüclə kəsdi, qaçdım” - Xoşqədəmin həyat yoldaşından şok açıqlamalar

“Qolumu ülgüclə kəsdi, qaçdım” - Xoşqədəmin həyat yoldaşından şok açıqlamalar
2026-05-14 , 18:32

Türkiyəli məşhur müğənni Doğuş uşaqlıq illərində yaşadığı ağır günlərdən danışıb.

“Yeni Sabah”ın xəbərinə görə, o bildirib ki, valideynləri boşandıqdan sonra uşaq evinə yerləşdirilib və orada pis münasibətlə qarşılaşıb.
“Uşaq evləri o dövrdə çox amansız yer idi. Bir dəfə şalvarımı çirkləndirmişdim deyə işçilərdən biri qolumu ülgüclə kəsdi. Mən də oradan qaçdım”, - o vurğulayıb. 
İfaçı küçə həyatının da onun üçün olduqca təhlükəli keçdiyini qeyd edib:
“Küçələrdə böyümüşəm, başımdan güllə yarası almışam. Hətta uyğunsuz yerlərimdən də bıçaqlanmışam. Çox ağır günlərim olub”.
Keçmiş sevgililəri haqqında danışan ifaçı onların bəzilərinə xəyanat etdiyini boynuna alıb.
O, həmçinin təyyarədə başına gələnlərdən də danışıb:
“Qadının biri evil olduğumu bilsə də, mənə əxlaqsız təkliflər etdi”.
Qeyd edək ki, Doğuş tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva ilə evlidir. Onların Arda və Arın adında əkiz uşaqları var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.