“Ay xanımlar, sizi çox işlədib hərifləyirlər...”- Seyran Səxavətdən Kamal Abdullaya DƏSTƏK
“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır” fikri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xalq yazıçısı, Bakı Slavyan Universitetinin sabiq, Azərbaycan Dillər Universitetinin hazırkı rektoru Kamal Abdullanın “Qafqazinfo”ya müsahibəsində səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə müxtəlif reaksiyalara səbəb olub. Xüsusilə qadınlar arasında narazılıq doğuran açıqlama gender rolları və qadının cəmiyyətdəki yeri ilə bağlı növbəti polemikanı alovlandırıb.
Yazıçı-şair, publisist Seyran Səxavət Musavat.com-a açıqlamasında Kamal Abdullanı dəstəklədiyini bildirib: “Ümumiyyətlə, qadınlarla bağlı bu sual çox xatalıdır. Prinsip etibarilə Kamal Abdulla ilə razılaşıram. Ümumiyyətlə, “gender bərabərliyi” anlayışı ortaya çıxandan sonra qadınlara ürəyim ağrıyır. Elə o vaxtdan qadınlar iki növbə işləməyə başladılar. Səhər evdən çıxıb işə gedir, 8 saat iş, Bakının tıxacları, sonra evə qayıdır. Amma bununla da bitmir, ev işi, uşaqlar, yemək, təmizlik də onun üzərində qalır. Qadın da insandır, onun enerjisi atom enerjisi deyil ki. Mənə elə gəlir ki, bu vəziyyət qadın üçün ağır yük yaradır və mənim buna ürəyim ağrıyır. Qadın fiziki təzyiqə dözmür, yavaş-yavaş qadın cildindən çıxır. İstənilən gözəllik təzyiq altında əvvəl-axır eybəcərləşir. Dünyanın dahilərindən olan Karl Marksın qadınlar haqqında bir sözü var: “Qadının gücü onun zərifliyində və zəifliyindədir”.
İndi qadınlar özü bilər, biz belə deyirik. Kamal da onu deyir. Sadəcə sizi çox işlədib hərifləyirlər. Kişi olaraq qadınları həmişə rahat, gözəl, incə və zərif görmək istəyirik. Ay başımızın tacı, qoymayın sizi hərfləsinlər, iki növbə işlətməsinlər. Özünüzə heyfiniz gəlsin, işləmək istəyirsinizsə, evinizdə uşaqlara baxın, özü də indiki şəraitdə, qorxunc dünyəvi mühitdə sağlam əqidəli, vicdanlı uşaq böyütmək ən şərəfli işdir. Bundan şərəfli iş yoxdur. Heç kimlə də mübahisə etmək fikrim yoxdur. İstəyənlər bəyənsin, istəməyən bəyənməsin”.
“Qadınlar, “niyə axı bütün yük qadının üzərində olmalıdır, qadın işləyirsə, kişi də ev işlərində bərabər kömək etməlidir” deyə düşünürlər” sualına yazıçı belə cavab verib: “Mən ailəmi tam təmin edirəmsə, hər şey alıramsa, sənin işləməyinə nə hacət var. Uşaqlarına bax, ərinlə dünyanı gəz”.
“Bir çox qadının işləmək istəməsi elə sizin dediyiniz həyatı arzuladıqları üçündür. Axı hamı dünyanı gəzmir” fikrinə isə yazıçı bunları deyib: “Bu saat heç kişinin qazandığı bir şey deyil, qadının qazandığı nə olacaq?! Yaxşı, istəmirsiniz, gedin 3 növbəli işdə işləyin, üç gün keçəndən sonra güzgüyə baxanda özünüzü tanımayacaqsınız. Qadın zərif məxluqdur, gecə-gündüz traktor kimi işləməli deyil. 80 yaşım var, 56 il də ər kimi təcrübəm var. Bu mənim fikrimdir”.
“Zaman-zaman belə fikirlər də səslənir ki, kişilər qadınlardan daha bilikli və ya daha ağıllıdırlar. Elmdə irəli çıxan qadın yoxdur, bu da cəmiyyətdə birmənalı qarşılanmır”, sualına da Seyran Səxavət cavab verib:
“Yox, bununla razı deyiləm. Biliyin, savadın, səviyyənin cinsi olmur. Heç eşitmisinizmi kişi səviyyəsi, qadın səviyyəsi deyilsin. Elə qadınlar var ki, yüz kişiyə bərabərdir – ağlı ilə, savadı ilə, məntiqi ilə, dünyagörüşü ilə. Necə ki, mərd adamın cinsi olmur, kişi də, qadın də mərddir. Bunu müzakirə edənlər də hamısı bekarçılıqdan danışır”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
"Yazıçı cəmiyyətin, mənsub olduğu xalqın güzgüsüdür" - Hüseynbala Mirələmov
Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - Fotolar
Ramiz Mehdiyevin “adamları” dövlətə “boy göstərir” – BDU-da MÜƏMMALI GÖRÜŞ
Prezidentin WUF13-dəki çıxışı - Video - Fotolar
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Laçında bayram ab-havası... - Video + Fotolar
Rektordan Ramiz Mehdiyevlə bağlı inanılmaz sözlər: “Filosof”, “müdrik dövlət xadimi”…
“Küçələrdə, bacalarda gəzən qadınlar...” - Kamal Abdulladan qalmaqallı fikirləri ilə bağlı YENİ AÇIQLAMA
Xalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim”
Tanınmış ziyalılar Mehriban Əliyevaya müraciət etdilər
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-ın Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi 2026-07-08 , 15:58
Şuşada bunu etmək qadağan edildi - FƏRMAN 2026-07-08 , 15:57
İlham Əliyev daha bir sərəncam imzaladı 2026-07-08 , 15:56
Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman - Bu qadağan olundu 2026-07-08 , 15:54
Onlara diplomatik rütbə verildi - SƏRƏNCAM 2026-07-08 , 15:52
Tramp: Ərdoğanı müharibədən çəkindirdim 2026-07-08 , 15:49
İki vəkilə töhmət verildi, biri cərimələndi 2026-07-08 , 15:42
ƏDV-lərlə bağlı yenilik olacaq 2026-07-08 , 13:16
Vüsalə Əlizadə:"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"- VİDEO 2026-07-08 , 13:12
Zorakılığa məruz qalan azyaşlının anası: “Həmin gün bilmişəm ki…” – VİDEO 2026-07-08 , 13:10
Autizmli uşağı parodiya etməsi tənqid olundu – “Buna görə utanmalısan” - VİDEO 2026-07-08 , 12:59
Saray sakinləri narazıdır: Tikinti tozu və tullantılar yaşayış kompleksini bürüyüb 2026-07-08 , 12:49
Sumqayıtda adətə çevrilən hadisə - qazdılar, bərpa etməyi unutdular 2026-07-08 , 12:48
Sevinc Hüseynovanın Səidə Bəkirqızıya qarşı məhkəmə iddiası rədd edilib - Vəkildən açıqlama 2026-07-08 , 12:47
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq 2026-07-08 , 12:45
Müəllimlər kütləvi şəkildə işsiz qalacaq? 2026-07-08 , 12:45
Əməkdar artist toy qiymətlərindən gileyləndi: "Dəliyəm, hər gün 3500 manata..." - VİDEO 2026-07-08 , 12:43
Makronun rəsmi dövlət maşını məsxərəyə qoyuldu - VİDEO 2026-07-08 , 12:42
Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
Gecə "Nağıl Bağ" restoranında nə baş verir? - VİDEO 2026-07-08 , 12:33
Bir zamanlar "Şərq bazar"ı idi, indi isə çuxurla dolu yol 2026-07-08 , 12:27
Anar Bağırov tapşırıqlar verdi - FOTO 2026-07-08 , 12:00
Müəllimlərin və şagirdlərin geyimi ilə bağlı dəyişiklik bizə nə vəd edir? 2026-07-08 , 05:08
Bəşəriyyət təbii fəlakət qarşısında acizdir 2026-07-07 , 18:50
Ayanın sinə dekolteli libası - Video 2026-07-07 , 18:27
Tramp əsgərləri türk dilində salamladı - VİDEO 2026-07-07 , 18:25
Prezident 3 fərman imzaladı 2026-07-07 , 18:23
“Ailəli deyiləm, həyatımda da heç kim yoxdur” - VİDEO 2026-07-07 , 18:19
“Kontakt Home”dan aldığı planşet cəmi 20 gün işlədi – Şikayət 2026-07-07 , 18:15
“Ölün rahat olmayacaq, insanlar sizə lənət oxuyacaq” – Tolik - VİDEO 2026-07-07 , 18:10
20 manatlıq bu rüsum ləğv edilir 2026-07-07 , 18:05
Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı 2026-07-07 , 18:04
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu 2026-07-07 , 18:03
Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi 2026-07-07 , 18:02
Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı - Fotolar 2026-07-07 , 18:00
Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüşdü - FOTO 2026-07-07 , 14:30
"Canavar gələcək", "Həkim iynə vuracaq"... - Bu ifadələr uşağın psixologiyasını necə dəyişir? 2026-07-07 , 13:12
Zamiq Hüseynovdan lüks tənbehi: Dəbdəbəli həyat süni görüntüdür 2026-07-07 , 13:09
Nəsrindən bikinili - Fotolar 2026-07-07 , 13:07
Tahir Kərimli: “Gedişhaqqını artırdılar, amma “sürət qatarı” adı ilə istismarda olan qatarlar “tısbağa sürəti” ilə hərəkət edirlər” 2026-07-07 , 12:53
Nigar Fərhad “Arzum”un tərəfini seçdi – İddiaçı tərəfi qınadı 2026-07-07 , 12:44
Şəbnəm Tovuzlunun Pünhanın nişanlısına jesti – VİDEO 2026-07-07 , 12:42
“Əsl güc səs-küydə deyil, sakit inamda gizlidir” - FOTO 2026-07-07 , 12:28
Aparıcı Nərmin: "5 ildir ailəliyəm, ərimin telefonunu 1 dəfə yoxlamamışam" - VİDEO 2026-07-07 , 12:26
Vəhşi fil 14 il bir ailəni təqib edib, onları tapıb və öldürüb 2026-07-07 , 12:24