“WUF13 Azərbaycanda baş verənlərin nümayişi üçün inanılmaz fürsətdir”
BMT Baş katibinin müavini Əminə Məhəmməd APA-nın suallarını cavablandırıb.
- WUF13-dən hansı prioritet nəticələri və təşəbbüsləri gözləyirsiniz?
- WUF-un Bakıda keçirilməsi Azərbaycanda baş verənləri nümayiş etdirmək üçün inanılmaz bir fürsətdir. Eyni zamanda, bu forum əvvəlki WUF-ların üzərində qurulan davamlılıq platformasıdır. Bu, artıq 13-cü forumdur. Biz artıq sadəcə dialoq mərhələsindən çıxaraq, 2050-ci ilə qədər dünya əhalisinin 70 faizdən çoxunun şəhərlərdə yaşayacağı bir dövrdə investisiyaların necə həyata keçiriləcəyini görməyə doğru irəliləməliyik. WUF13-dən gözləntimiz bundan ibarətdir.
Qarşıdakı 5 il ərzində “2030 Gündəliyi”ndə müəyyən edilmiş hədəflərə nail olmalıyıq və şəhərlər bu məqsədlərin əsas hissəsidir. Lakin şəhərlərin inkişafı insanların rifahı ilə yanaşı, iqtisadi artım çərçivəsində baş verməlidir və urbanizasiyaya edilən investisiyaların mərkəzində dayanmalıdır.
- Azərbaycanın böyük beynəlxalq dialoq platformalarına ev sahibliyi etməsini necə qiymətləndirirsiniz?
- Biz Azərbaycanla əməkdaşlığımız və bu tədbirə ev sahibliyi baxımından çox qürurluyuq. Bunun bir çox nümunəsi var. Mən COP iqlim konfransı zamanı da burada olmuşdum və iki il sonra şəhər mühitinizdə baş verən inkişafı gördüm. Bu inkişaf inklüziv xarakter daşıyır. Gənclər də bu prosesin bir hissəsidir. Düşünürəm ki, Azərbaycanın liderliyi məhz daha inklüziv şəhərlər qurmaq, keçmiş nəsillərin ənənə və mədəniyyətləri ilə yeni dünyanın texnologiya, dizayn və urbanizasiya imkanları arasında balans yaratmaq bacarığında özünü göstərir. Bu, sadəcə bir neçə zalda keçirilən konfrans deyil. Bu, inkişaf edən bir şəhərdə keçirilən konfransdır və həmin şəhər mütərəqqi yanaşması ilə seçilir.
- BMT ilə Azərbaycanın mövcud əməkdaşlığını necə qiymətləndirirsiniz və xüsusilə davamlı inkişaf, şəhərsalma və postmünaqişə dövrünün bərpası sahələrində bu tərəfdaşlığın genişlənməsi üçün hansı yeni imkanları görürsünüz?
- Azərbaycanla çox yaxşı və uzunmüddətli münasibətlərimiz var. Burada ölkə üzrə rezident əlaqələndiricimiz fəaliyyət göstərir, müxtəlif sahələr üzrə ekspertiza təqdim edən bir sıra agentliklərimiz mövcuddur. Biz Azərbaycanın prioritetlərinə uyğun şəkildə davamlı inkişaf gündəliyi üzrə əməkdaşlığımızı davam etdiririk. Eyni zamanda, Azərbaycanın sülhə gedən yolunda da iştirak etmişik. Bu sülhün davamlı olması isə daha çox səylər tələb edir. Qarabağda gördüyümüz proseslər - sistemlərə, kiçik və orta biznesə, infrastrukturun keyfiyyətinə yatırılan investisiyalar - ölkədə reinteqrasiyanın və bərabərliyin əsas götürüldüyü yanaşmanın göstəricisidir. Münasibətlərimiz yalnız milli prioritetlər çərçivəsində deyil, Azərbaycanın regiondakı liderliyi baxımından da inkişaf edir. Bu vacibdir, çünki insanlar Azərbaycanın əldə etdiyi tərəqqiyə və tərəfdaşlıq imkanlarına böyük maraqla baxırlar. Bu gün geosiyasi gərginliklər və qonşu bölgələrdəki münaqişələr səbəbindən vəziyyət asan deyil. Lakin biz inanırıq ki, birlikdə bunun öhdəsindən gələ bilərik. Azərbaycanın səsi həm regionda, həm də qlobal səviyyədə, o cümlədən BMT Baş Assambleyasında eşidilir.
- Mənzil əlçatanlığı dünyada ciddi problem olaraq qalır. Əlçatan və inklüziv mənzil təminatı üçün BMT hansı praktik həlləri dəstəkləyir?
- Ən böyük problem əlçatan mənzilə çıxışı məhdudlaşdıran maliyyə mexanizmləridir. Biz uzun müddətdir ki, ilk növbədə ölkələr üçün maliyyə imkanlarının yaradılmasının vacibliyini vurğulayırıq. Bu isə beynəlxalq və regional maliyyə arxitekturasının yenidən nəzərdən keçirilməsini tələb edir ki, investorlar üçün uyğun mühit yaransın və mənzil sektoruna maliyyə axını açılsın. Bu məsələ yalnız hökumətlərin məsuliyyəti deyil. Burada özəl sektorun və investorların da rolu böyükdür. Bütün bunlar cəmiyyətlərin müxtəlifliyini nəzərə almaqla həyata keçirilməlidir. Maddi imkanları məhdud olan insanlar kənarda qalmamalıdır. Bunun üçün fərqli maliyyə həlləri tapılmalıdır və bəzi hallarda hökumətlər müdaxilə etməli olacaqlar. Eyni zamanda, inkişaf yolunda olan digər qruplar — qadınlar, gənclər və yaşlı insanlar da dəstəklənməlidir.
Biz burada bütöv bir həyat dövründən, insanın yaşayış mühitindən danışırıq. Buraya yaşlı insanlar da daxildir. İnsanlar daha uzun yaşayırsa, onların cəmiyyət daxilindəki yeri necə olacaq və biz onlar üçün necə şərait yaradacağıq?
- Davamlı və inklüziv şəhərlərin formalaşmasında gənclər və yerli icmalar hansı rolu oynaya bilər?
- Onlar bu prosesə tam şəkildə cəlb edilməlidirlər. Belə forumlar göstərir ki, hər hansı siyasətin formalaşdırılması həmin siyasətdən faydalanacaq insanların iştirakı olmadan mümkün deyil. Buna görə də gənclərin, qadınların və bütövlükdə icmaların iştirakını görməliyik. İnsanların real həyat təcrübəsi bu prosesə daxil edilməlidir. Bu gün qeyri-rəsmi yaşayış məntəqələri barədə danışırdıq və çıxış edən qadınlardan biri dedi: “Sanitariya sistemi olmayan, təmiz bişirmə imkanları olmayan bir yerdə yaşamağın nə demək olduğunu anlayırsınızmı?” Bu təcrübələri siyasətə necə daxil edə bilərik? Bu yalnız belə forumlar vasitəsilə deyil, həm də milli səviyyədə - hökumətlərin mənzil siyasəti hazırladığı mərhələdə yerli icmalarla məsləhətləşmələr aparılması ilə mümkündür. İcmalar siyasətin hazırlanmasından onun milli səviyyədə qəbulunadək bütün prosesdə iştirak etməlidir.
- BMT şəhər diplomatiyasının və regionlararası şəhər əməkdaşlığının gələcəyini necə görür?
- Biz bu məsələdə çox ümidliyik. Onilliklər ərzində qəbul edilmiş şəhər gündəliyi çərçivəsində gördük ki, maraq və iştirak getdikcə artır. Hətta münaqişələrin, geosiyasi gərginliklərin və inkişaf üçün maliyyə çatışmazlığının olduğu dövrlərdə belə, bəzi ölkələrdə irəliləyiş əldə edə biləcəyimizə inanırıq. Bu uğurlu təcrübələr nümunə kimi göstərilə bilər. Urbanizasiya prosesindən daha çox insanın faydalanması üçün uğurlu təcrübələri paylaşmaq və daha geniş tərəfdaşlıq yaratmaq vacibdir. Bizim çox iddialı gündəliyimiz var və Dayanıqlı İnkişaf Məqsədləri inteqrasiya olunmuş yanaşmanı tələb edir. Şəhərlər və urbanizasiya gündəliyi də bunun mühüm hissəsidir. Buna görə də bu prosesi birlikdə irəli aparmaq çox vacibdir. Biz inanırıq ki, tərəfdaşlığı davam etdirsək, problemləri gündəmdə saxlasaq və həll yollarını birlikdə tapsaq, bu məqsədlərə nail olmaq mümkündür.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Prezidentin WUF13-dəki çıxışı - Video - Fotolar
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - Foto-Video
Prezident Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib - FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Zahid Oruc: “Sığorta şirkətlərindən şikayətlərin sayı...” - VİDEO
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
"Yaxşı deyiləm, mənə həkim lazımdır" 2026-07-06 , 19:34
“Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirildi 2026-07-06 , 17:24
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE 2026-07-06 , 16:48
Qəzada yerimə qabiliyyətini itirən müğənni yeriməyə başladı - VİDEO 2026-07-06 , 16:44
Vəfanın geyimi lağ obyektinə çevrildi: “İran konfetinə oxşayır” - VİDEO 2026-07-06 , 16:35
"Dünyanın ən bahalı qəhvəsini içirəm" - heyvan nəcisindən əldə edilir - VİDEO 2026-07-06 , 16:24
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı 2026-07-06 , 16:12
81 yaşlı Türkan Şoray çimərlikdə – FOTOLAR 2026-07-06 , 16:11
Tarkanın yeni görünüşü gündəm oldu - FOTO 2026-07-06 , 16:08
"Saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi" 2026-07-06 , 16:04
Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi 2026-07-06 , 16:01
Hüseyn yenidən ata oldu - VİDEO 2026-07-06 , 15:48
Xameneini biz öldürdük - Katz 2026-07-06 , 15:42
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz" 2026-07-06 , 15:40
İlham Əliyev Malavi prezidentini təbrik edtdi 2026-07-06 , 15:36
Trampdan İlham Əliyevə xüsusi dəvət 2026-07-06 , 15:35
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq 2026-07-06 , 15:34
Amalın bacısı danışdı: "Qapıma gəlməyin" 2026-07-06 , 15:27
Azərbaycan G20 Sammitində iştirak edəcək: Trampdan İlham Əliyevə özəl dəvət 2026-07-06 , 15:12
Tarakanlar, naztəmizlik, dözülməz şərait - Sumqayıtdan ŞİKAYƏT 2026-07-05 , 13:18
Həbsdə olan "Arzum"un səhhəti pisləşdi 2026-07-05 , 13:03
Qəzadan sonra qaçdığı deyilirdi – Yeni görüntülər yayıldı -Video 2026-07-05 , 13:02
"Arzum"un həyat yoldaşı Denis DANIŞDI - VİDEO 2026-07-05 , 12:57
74 yaşlı Bülent Ersoy üzgərmə əməliyyatı etdirdi - Foto 2026-07-05 , 08:30
"Dünyanın məşhur modelyerləri ilə ayaqlaşacaq sənətim var" - VİDEO 2026-07-05 , 08:25
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi 2026-07-05 , 08:20
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - FOTO 2026-07-05 , 08:18
Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – (Video) 2026-07-04 , 13:06
70 yaşlı müğəninin görünüşü gülüş doğurdu: “Nənələrimiz də belə geyinirdi” - VİDEO 2026-07-04 , 13:02
“Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...” 2026-07-04 , 12:57
İlham Əliyevdən Trampa məktub 2026-07-04 , 12:47
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - Fotolar 2026-07-04 , 12:43
Liderlik fenomeni və sosial legitimlik: İlham Əliyevin siyasi strategiyasının analitik konturları 2026-07-04 , 06:09
Rüfət Nasosnudan Səidə Bəkirqızına SƏRT SÖZLƏR-VİDEO 2026-07-04 , 02:33
Leyla Əliyevadan doğum günü ilə bağlı - Paylaşım 2026-07-03 , 23:48
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - VİDEO 2026-07-03 , 17:31
Nazilə Səfərli qarşı tərəfə səsləndi: “Arzum”un ahı sizi tutacaq 2026-07-03 , 16:41
"Kişilər də estetik etdirsin, amma dodağa gel vurdurmasın" - VİDEO 2026-07-03 , 16:38
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - Foto 2026-07-03 , 16:32
Xamenei son mənzilə yola salınır - VİDEO 2026-07-03 , 16:27
Kəramət: “Cavan qalmaq üçün vaxtında boşanmaq lazımdır” 2026-07-03 , 16:24
İlqar Altay “Arzum”un səs yazısını yaydı - AUDİO 2026-07-03 , 16:23
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı 2026-07-03 , 16:11
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib 2026-07-03 , 16:08
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video 2026-07-03 , 16:03