Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO
Ölkə Prezidenti cənab İlham Əliyevin vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun inkişafına dair verdiyi tövsiyələr çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Bu işin məntiqi davamı olaraq yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 71 namizəd üçün 2026-cı il mayın 25-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.
Təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov namizədləri qarşıdan gələn müqəddəs Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə təbrik edərək bu mərhələnin peşəkar formalaşma baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sədr bildirib ki, təlim proqramı yalnız nəzəri biliklərə deyil, həm də praktiki bacarıqların inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə hesablanıb, habelə məzmunu müasir hüquqi çağırışlara uyğun formalaşdırılıb.
Anar Bağırov vəkilliyə qəbul prosesinə dair ətraflı məlumat verərək deyib ki, test mərhələsi Kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə keçirilir. Şifahi mərhələdə isə videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların verilməsi vasitəsilə prosesin obyektivliyi təmin olunur.
Sədr təlimə başlayan namizədlərin tərkibinə dair statistik göstəriciləri də diqqətə çatdıraraq söyləyib ki, 71 iştirakçının 31-i qadın, 40-ı kişidir. Namizədlərin 86 faizi, yəni 61 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur. Təlim iştirakçılarının 91 faizi (65 nəfər) paytaxtdan, 9 faizi (6 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.
Həmçinin Anar Bağırov qeyd edib ki, son illər VK-da vəkillərin, vəkil köməkçilərinin və qadın vəkillərin sayında davamlı artım müşahidə olunur, institut cavanlaşır. Növbəti andiçmə mərasimindən sonra ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayının 3 000 nəfəri keçəcəyi gözlənilir ki, bu da vətəndaşların hüquqi yardıma əlçatanlığının artırılması baxımından mühüm göstəricidir.
Son illər Azərbaycan vəkilliyin tarixindən, inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə toxunan sədr deyib ki, vəkillik institutu ötən dövrlərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu müddətdə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndirildiyini, bir sıra nüfuzlu qurumlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulduğunu və beynəlxalq hüquqi platformalarda Azərbaycan vəkilliyinin təmsilçiliyinin daha da gücləndiyi qeyd edilib. Vəkillik institutunun təşəbbüslərinə dövlət tərəfindən göstərilən tam dəstəyin bariz nümunəsidir. Eyni zamanda intizam, maliyyə və təşkilati məsələlər üzrə sistemli islahatların həyata keçirildiyi də nəzərə çatdırılıb.
Anar Bağırov dövlət hesabına göstərilən hüquqi yardım mexanizminin genişləndirilməsinin Kollegiyanın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxış imkanları daha da artırılıb.
Sədr deyib ki, Ədliyyə Akademiyası ilə birgə hazırlanan təlim proqramları praktiki bilik və bacarıqların artırılmasına yönəlik kompleks yanaşma təqdim edir və bu sahədə sistemli, davamlı nəticələr əldə olunmasına zəmin yaradır. Anar Bağırov təlimlərin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını ifadə edib.
Bundan başqa, vəkillərin davamlı peşə hazırlığının və tədrisinin Kollegiyanın əsas prioritet istiqamətlərindən biri olduğu xüsusi vurğulayıb. Qeyd olunub ki, vəkillərin bilik və bacarıqlarının artırılması, onların müasir hüquqi çağırışlara uyğun hazırlanması məqsədilə mütəmadi təlimlər, seminarlar və ixtisasartırma proqramları təşkil edilir.
Sədr Kollegiyanın ictimai məsuliyyət layihələrinə, sosial və hüquqi maarifləndirmə aksiyalarına xüsusi önəm verdiyini, regionlarda mütəmadi hüquqi yardım və maarifləndirmə tədbirlərinin həyata keçirildiyini söyləyib.
Çıxış zamanı Kollegiyanın yeni inzibati binası – “Vəkil Evi” barədə də məlumat verən Anar Bağırov bildirib ki, hazırda binada təmir-tikinti işləri uğurla davam etdirilir və yaxın müddətdə yekunlaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, Regional Vəkil bürolarının fəaliyyəti, maddi-texniki bazanın gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.
Vəkillik etikası və peşə məsuliyyətinə ayrıca toxunan sədr deyib ki, hər bir vəkil öz peşə borcunu vicdanla və məsuliyyətlə yerinə yetirməli, etik davranış qaydalarına ciddi riayət etməli, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli, formal fəaliyyət və qeyri-prosessual münasibətlərdən isə qəti şəkildə uzaq durmalıdır. Anar Bağırov vurğulayıb ki, etik normalara zidd davranışlar vəkillik institutunun nüfuzuna xələl gətirir və Kollegiya bu kimi hallara qarşı həmişə prinsipial və qətiyyətli mövqe sərgiləyəcəkdir.
Təlim çərçivəsində vəkillik institutunun inkişaf istiqamətləri və strateji hədəflər barədə də geniş məlumat verən Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli "Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamının əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, həmin sənəd vəkillik fəaliyyətinin genişləndirilməsi, hüquqi yardımın əlçatanlığının artırılması və vəkil sayının yüksəldilməsi baxımından mühüm dönüş nöqtəsi olub.
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş son dəyişikliklərə də toxunan sədr əlavə edib ki, vəkil peşəsinə qəbul üçün tələb olunan iş stajının üç ildən bir ilədək azaldılması hüquq sisteminin təkmilləşdirilməsi, vəkillik institutunun möhkəmləndirilməsi və müdafiə hüququnun effektiv təmin olunması istiqamətində atılmış mühüm addımdır.
Açılış mərasimi Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda əhatəli məruzəsi ilə davam edib, ardınca müzakirələr aparılıb.










OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO
Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO
Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTO - YENİLƏNİB
Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək
Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO
İlham Əliyev müşavirə keçirdi
Anar Bağırov: “Vəkil seçərkən şou verilişlərinə baxıb qərar verməyin”
Ölkəmizdə vəkillərin sayı 2770-ə çatıb
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
Vəkilliyə namizədlər and içdilər - FOTO
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi - FOTO
Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi 2026-07-10 , 01:29
Süni intellekt üçün internet “Bakcell”dən 2026-07-09 , 16:51
"Biabır olanlar fonoqrama oxuyanlardır" - VİDEO 2026-07-09 , 16:41
Azərbaycanda serebral iflic olan qadın ana oldu 2026-07-09 , 16:31
Məşhurlar İlkin Misgərlinin parodiyası haqda: "Bunu çəkib paylaşana ayıb olsun, biabırçılıqdır, günah edib" 2026-07-09 , 16:23
Aygün Kazımovanın qızı ilə Röya Ayxanın qardaşı bir arada - FOTO 2026-07-09 , 16:18
Cəbrayılın icra başçısına icazə verilmədi: 112 minlik tender ləğv edildi 2026-07-09 , 16:15
“Kontakt Home”la bağlı daha bir narazılıq: “Bizi aldadırlar” – Foto 2026-07-09 , 16:15
Natiq Cəfərlidən AQTA-ya sərt reaksiya: “Bu, sahibkarlığa əlavə məhdudiyyətdir” 2026-07-09 , 16:14
Elza Seyidcahan süpürgə ilə poz verdi - FOTO 2026-07-09 , 16:05
“Qurtuluş” yenidən açılır – Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO 2026-07-09 , 16:04
Elşad Xosedən polisə şikayət olundu 2026-07-09 , 16:01
Autizmli uşağı parodiya edən İlkin: "Söyüş və qarğış silməkdən yorulmuşam" 2026-07-09 , 15:59
Mehinin ölkədən çıxışı qadağan edilib - VİDEO 2026-07-09 , 15:57
"Ərim var ki, gizlədim?" - Sevda Sanəliyeva 2026-07-09 , 15:53
Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" - VİDEO 2026-07-09 , 15:49
Niyama hədiyyə olunan ev saxta çıxdı 2026-07-09 , 10:33
Hüseyn Məhəmmədoğlu: “Bu sahədə qazanc daha çoxdur” 2026-07-09 , 10:32
Tehran Vaşinqtonu hədələdi 2026-07-09 , 10:30
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı 2026-07-09 , 10:28
Tramp İrana qarşı sərtləşir: Yeni zərbə əmri... 2026-07-09 , 10:26
Kərim 5 mindən çox maaş istəyir 2026-07-09 , 10:15
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi 2026-07-08 , 15:58
Şuşada bunu etmək qadağan edildi - FƏRMAN 2026-07-08 , 15:57
İlham Əliyev daha bir sərəncam imzaladı 2026-07-08 , 15:56
Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman - Bu qadağan olundu 2026-07-08 , 15:54
Onlara diplomatik rütbə verildi - SƏRƏNCAM 2026-07-08 , 15:52
Tramp: Ərdoğanı müharibədən çəkindirdim 2026-07-08 , 15:49
İki vəkilə töhmət verildi, biri cərimələndi 2026-07-08 , 15:42
ƏDV-lərlə bağlı yenilik olacaq 2026-07-08 , 13:16
Vüsalə Əlizadə:"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"- VİDEO 2026-07-08 , 13:12
Zorakılığa məruz qalan azyaşlının anası: “Həmin gün bilmişəm ki…” – VİDEO 2026-07-08 , 13:10
Autizmli uşağı parodiya etməsi tənqid olundu – “Buna görə utanmalısan” - VİDEO 2026-07-08 , 12:59
Saray sakinləri narazıdır: Tikinti tozu və tullantılar yaşayış kompleksini bürüyüb 2026-07-08 , 12:49
Sumqayıtda adətə çevrilən hadisə - qazdılar, bərpa etməyi unutdular 2026-07-08 , 12:48
Sevinc Hüseynovanın Səidə Bəkirqızıya qarşı məhkəmə iddiası rədd edilib - Vəkildən açıqlama 2026-07-08 , 12:47
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq 2026-07-08 , 12:45
Müəllimlər kütləvi şəkildə işsiz qalacaq? 2026-07-08 , 12:45
Əməkdar artist toy qiymətlərindən gileyləndi: "Dəliyəm, hər gün 3500 manata..." - VİDEO 2026-07-08 , 12:43
Makronun rəsmi dövlət maşını məsxərəyə qoyuldu - VİDEO 2026-07-08 , 12:42
Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
Gecə "Nağıl Bağ" restoranında nə baş verir? - VİDEO 2026-07-08 , 12:33
Bir zamanlar "Şərq bazar"ı idi, indi isə çuxurla dolu yol 2026-07-08 , 12:27
Anar Bağırov tapşırıqlar verdi - FOTO 2026-07-08 , 12:00
Müəllimlərin və şagirdlərin geyimi ilə bağlı dəyişiklik bizə nə vəd edir? 2026-07-08 , 05:08
Bəşəriyyət təbii fəlakət qarşısında acizdir 2026-07-07 , 18:50