Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Məni əvəz edəcək aktyor yoxdur" - Çingiz Əhmədov

"Məni əvəz edəcək aktyor yoxdur" - Çingiz Əhmədov

2026-05-28 , 14:30

Əməkdar artist Çingiz Əhmədov açıqlaması ilə diqqət çəkib.

Aktyor "Günə bax" proqramında onu heç kimin əvəz edə bilməyəcəyini deyib:
"Heç kimin yerini kimsə verə bilməz. Hacıbaba Bağırov bir dəfə dedi ki, rollarımı oynayan aktyor Çingizdir. Amma indi mən baxıram teatra, görürəm yox. Mənim rollarımı oynayacaq adam yoxdur. Bir dəfə xəstələndim, dedim məni başqası əvəz etsin. Cavab verdilər ki, kimə? Yoxdur. Bir ara həmin teatrdan küsmüşdüm. 42 ildir teatrdayam. 1972-ci ildən televiziyadayam. Uşaq verilişləri apardım. Barmaqla sayılacaq aktyorlarımız var idi, itirdik onları. Hər aktyoru əvəz edən yoxdur". (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.