Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyə dağıdıcı zəlzələlərin ölkə sənayesinə vurğudu zərər açıqlandı

Türkiyə dağıdıcı zəlzələlərin ölkə sənayesinə vurğudu zərər açıqlandı

Türkiyə dağıdıcı zəlzələlərin ölkə sənayesinə vurğudu zərər açıqlandı
2023-03-26 , 20:32

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank fevralın 6-da baş verən zəlzələ nəticəsində ölkənin sənaye müəssisələrinə 170 milyard lirə (təxminən 9 milyard dollar) dəyərində ziyan vurulduğunu bildirib.

Yenilik.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi “Twitter” hesabında məlumat verilib.
Nazir qeyd edib ki, zəlzələlər nəticəsində 34 sənaye zonasında 5,6 minə yaxın müəssisə əhəmiyyətli və ya orta dərəcədə zərər görüb. Ölkənin qalan 34 min müəssisəsi isə fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Türkiyə Maliyyə Nazirliyində zəlzələlərin ümumi zərəri 105 milyard dollar və ya 2 trilyon lirə olaraq qiymətləndirilib.


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.