Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranda onlarla məktəbli qız zəhərləndi

İranda onlarla məktəbli qız zəhərləndi

İranda onlarla məktəbli qız zəhərləndi
2023-04-09 , 09:43

İranın Xuzistan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində onlarla məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Yenilik.az xəbər verir ki, bu haqda Heftkel Sağlamlıq və Müalicə Mərkəzinin rəhbəri Maziyar Mövlayi açıqlama verib.
Mövlayi bildirib ki, şəhərdəki Hacer Liseyində bəzi şagirdlərin səhhətinin pisləşdiyi xəbərini aldıqdan sonra təcili tibbi yardım qrupları sözügedən məktəbə gedib, bəzi qız şagirdlər isə xəstəxanaya aparılıb.
O, xəstəxanaya yerlşdirilən şagirdlərin vəziyyətinin yaxşı olduğunu deyib.
Qeyd edək ki, İranda 3 aydan artıq müddətdə 230 məktəbdə 5 mindən çox qız şagird zəhərlənib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.