Yenilik.Az
www.Yenilik.Az » Dünya » Eks-prezidentin evində axtarış aparıldı

Eks-prezidentin evində axtarış aparıldı

Eks-prezidentin evində axtarış aparıldı
2023-06-14 , 11:17

Fransalı müstəntiqlər 2007-ci ildə Liviya hakimiyyəti tərəfindən seçki kampaniyasının mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində keçmiş Fransa prezidenti Nikola Sarkozinin evində axtarış aparıblar.

Məlumata görə, Fransa ədliyyəsi Sarkozinin Livan mənşəli fransalı iş adamı Ziyad Takiəddinə 2007-ci il prezident seçkiləri kampaniyası üçün Liviya hakimiyyətindən pul aldığı iddiası ilə keçmiş dövlət başçısına qarşı ittihamlarından əl çəkmək üçün 600 min avro ödədiyindən şübhələnir.
Bildirilir ki, sabiq prezident çərşənbə axşamı Korrupsiya, Vergi və Maliyyə Pozuntuları ilə Mübarizə üzrə Mərkəzi İdarənin (OCLCCIFF) əməkdaşları tərəfindən dinlənilib. Şahid qismində onun həyat yoldaşı Karla Bruni də ifadə verib. Bundan sonra Sarkozinin evində axtarışlar aparılıb. Milli Maliyyə Prokurorluğu Takiəddininəvvəllər irəli sürdüyü ittihamları rədd etməsi ilə bağlı istintaqın aparılması barədə məlumatı təsdiqləyib.
Qeyd edək ki, ilk dəfə Sarkozinin kampaniyasının maliyyələşdirilməsini 2011-ci il martın əvvəlində Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam elan edib. O, “Euronews” telekanalına müsahibəsində Sarkozinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia edib.
Bu arada, “Mediapar” araşdırmaçı jurnalistika agentliyi 2012-ci ildə Sarkozinin seçki ehtiyacları üçün Qəddafidən 50 milyon avro aldığını iddia edən bir sıra materiallar dərc edib. İddia edilən sövdələşmənin vasitəçisi Liviya liderinin fransız siyasətçiyə təkcə seçki kampaniyası üçün deyil, həm də başqa məqsədlər üçün pul köçürdüyünü iddia edən Ziyad Takiəddin olub. Daha sonra Takiəddin gözlənilmədən sözlərindən geri çəkilərək Sarkozinin Liviya hakimiyyətindən pul almadığını deyib.
Xatırladaq ki, Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.