Tramp tərəddüd edən ştatlarda Baydeni reytinqdə qabaqlayır
ABŞ-ın tərəddüd içində olan ştatlarının (Miçiqan, Viskonsin, Arizona, Pensilvaniya, Corciya) sakinlərinin əksəriyyəti 2024-cü ildə keçiriləcək seçkilərdə Co Baydenə yox, keçmiş prezident Donald Trampa səs verməyə hazırdır.
Araşdırmaya görə, Trampı bu ştatların seçicilərinin 48%-i, Bayden isə cəmi 41%-i dəstəkləyir. Söhbət hər iki namizədin populyarlığının təxminən eyni səviyyədə olduğu Amerika regionlarından gedir - ABŞ-da prezident seçkilərinin nəticəsini çox vaxt bu ştatlardakı səsvermədən sonra müəyyənləşir.
"Dayli Mail" qeyd edir ki, Bayden bu yaxınlarda bir sıra səhv addımlar atıbı və bu, onun ikinci müddətə seçilə biləcəyi ilə bağlı yeni suallar doğurub. Qəzet vurğulayır ki, bu, xüsusən də ABŞ prezidentinin Britaniya monarxı II Elizabetin ölümündən doqquz ay sonra dediyi “Allah kraliçanı qorusun” ifadəsinə aiddir.
Bir müddət əvvəl ABŞ vətəndaşlarının xeylisi Bayden və Trampın 2024-cü il seçkilərində iştirakına qarşı çıxıb.
OXŞAR XƏBƏRLƏR