Yenilik.Az
www.Yenilik.Az » Dünya » Medvedev: “Üçüncü dünya müharibəsi getdikcə yaxınlaşır”

Medvedev: “Üçüncü dünya müharibəsi getdikcə yaxınlaşır”

Medvedev: “Üçüncü dünya müharibəsi getdikcə yaxınlaşır”
2023-07-12 , 16:31

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Kiyevə hərbi yardımı artırmaq planı mövcud vəziyyəti daha da dalana dirəyir.

Yenilik.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında yazıb.
D.Medvedev hazırkı durumun üçüncü dünya müharibəsinə doğru apardığını da xatırladıb.
Rusiyanın sabiq prezidenti həmçinin bildirib ki, Ukraynanı ümumiyyətlə heç vaxt NATO-ya qəbul etməyə də bilərlər, sadəcə olaraq, alyans ölkələri bunu ucadan söyləməyə qorxurlar.
D.Medvedev xatırladıb ki, Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatların məqsədlərindən biri də Kiyevin NATO-ya qoşulmasının qarşısını almaq olub və rəsmi Moskva bu iddiasından əl çəkməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.