Yenilik.Az
www.Yenilik.Az » Dünya » Şoyqunun qızı ərindən ayrılıb

Şoyqunun qızı ərindən ayrılıb

Şoyqunun qızı ərindən ayrılıb
2023-08-06 , 14:00

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu əri, bloqer Aleksey Stolyarovdan ayrıldığını açıqlayıb.

Belə bir açıqlama ilə cütlük Alabinoda maneələrlə yarışma üzrə Rusiya çempionatının, eləcə də kuratorluq etdikləri həvəskarlar üçün “Qəhrəmanların yarışı”nın bağlanışından sonra çıxış edib.
“Uzun müddətdir ki, cütlük deyilik. Amma eyni zamanda, biz tərəfdaşıq və çox yaxın dostuq”, - Kseniya bildirib.
Stolyarov isə izah edib ki, onlar bir neçə ay əvvəl ayrılıblar. Lakin qızları Milanaya birgə qayğı göstərmək üçün bir-birindən uzaqlaşmamağa çalışırlar. Bloqerin sözlərinə görə, o, övladı ilə çox vaxt keçirir.
Qeyd edək ki, Stolyarov və müdafiə nazirinin qızı 2019-cu ildə elə “Qəhrəmanların yarışı”nda görüşüblər. Cütlük 2021-ci ildə münasibətlərini qanuniləşdirib.
Mənbə: gazeta.ru

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.