Yenilik.Az
www.Yenilik.Az » Dünya » Arayik Harutyunyan: “Heç yerə getməyəcəm, Xankəndidə qalacam”

Arayik Harutyunyan: “Heç yerə getməyəcəm, Xankəndidə qalacam”

Arayik Harutyunyan: “Heç yerə getməyəcəm, Xankəndidə qalacam”
2023-08-31 , 14:18

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan istefa verib. JAMAZ.İNFO xəbər verir ki, o, bu addımı ilə bağlı ermənilərə müraciət edib.

Arayik deyir ki, o, “prezident” olandan 4 ay sonra müharibə başlayıb. “Biz bu müharibədə məğlub olduq. Əlbəttə ki, məğlubiyyətin bütün günahını mənim üzəriməı yıxmaq olar. Bu məsuliyyətdən imtina etmirəm. Buna görə, ermənilərə üzr istəyirəm”.
Separatçıbaşı daha sonra qeyd edib ki, müharibədən sonra durumları daha da ağırlaşıb. O, Azərbaycanın davamlı təzyiqlər göstərməsini ön plana çıxarıb. “Lakin biz mümkün qədər müqavimət göstərdik. Amma bunların yetərli olduğunu düşünmürəm. Ona görə də, prinsipial qərarların qəbul edilməsi üçün dəyişikliyə getməyi qərara aldıq. İlk addımı isə mən atıram. Qoy, dəyişiklik məndən başlasın”.
O deyib ki, istefa ilə bağlı qərarını iki gün əvvəl verib. “İstefamı sabah erməni xalqına təqdim edəcəm. Buna qədər isə “dövlət naziri” Qurgen Nersisyanı istefaya göndərmişəm. Onun yerinə isə Samvel Şahramanyanı gətirmişəm. Ona əminəm ki, hər şeyi etməyi bacaracaq”.
Arayik sonda deyib ki, Qarabağdan getmək fikrində deyil. O, ailəsi ilə birlikdə Xankəndidə yaşayacağını bildirib.//jamaz.info

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.