Yenilik.Az
www.Yenilik.Az » Dünya » “ABŞ hökuməti fəaliyyətini dayandırmalı olacaq” - Tramp

“ABŞ hökuməti fəaliyyətini dayandırmalı olacaq” - Tramp

“ABŞ hökuməti fəaliyyətini dayandırmalı olacaq” - Tramp
2023-09-18 , 09:29

“Əgər Co Bayden administrasiyası Konqresdəki respublikaçılara yeni maliyyə ili üçün büdcə ilə bağlı “ədalətli razılaşma” təklif etməsə, ABŞ hökumətinin məcburi bağlanmasını tələb etməlidirlər”.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib.
“Əgər onlar ədalətli razılaşma əldə edə bilmirlərsə, mən bunu tam dəstəkləyirəm”, - deyə Tramp müxbirin sualına cavabında bildirib.
O, daha sonra əlavə edib: “Ölkəmizi xilas etməliyik. İndi 35 trilyon dollar borcumuz var”.
Qeyd edək ki, Ağ Ev yeni maliyyə ili üçün (ABŞ-da oktyabrın 1-dən başlayır) büdcə ilə bağlı Konqresdəki respublikaçılarla razılığa gələ bilməsə, ABŞ hökumətinin fəaliyyətini məcburi dayandırmalı olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.