Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kremldən Qarabağdakı son durumla bağlı AÇIQLAMA: “Nə etmək lazım olduğunu bilirik...”

Kremldən Qarabağdakı son durumla bağlı AÇIQLAMA: “Nə etmək lazım olduğunu bilirik...”

Kremldən Qarabağdakı son durumla bağlı AÇIQLAMA: “Nə etmək lazım olduğunu bilirik...”
2023-09-19 , 16:21

“Rusiya Qarabağdakı hazırkı vəziyyətlə bağlı tərəflərlə təmaslar qurur”.

 
Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
 
“Moskva indi Azərbaycan tərəfi ilə əlaqə saxlayır. Təmasların nəticələri ilə bağlı Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq bəyanat veriləcək”, - Zaxarova brifinqdə bildirib.
 
O qeyd edib ki, Rusiya regiondakı vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilir. Zaxarova həmçinin, tərəflərdən sazişə əməl etmələrini və vəziyyəti gərginləşdirməməyi xahiş edib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.