Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ermənistan bizim çox mühüm müttəfiqimiz və tərəfdaşımızdır - Kreml

Ermənistan bizim çox mühüm müttəfiqimiz və tərəfdaşımızdır - Kreml

Ermənistan bizim çox mühüm müttəfiqimiz və tərəfdaşımızdır - Kreml
2023-09-20 , 14:39

Ermənistan bizim çox mühüm müttəfiqimiz, tərəfdaşımız və bizə yaxın olaraq qalır.

KONKRET.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Biz Azərbaycanla da əlaqələrimizi davam etdiririk, çünki bizim vacib tərəfdaşımızdır. Biz Qarabağdakı ermənilərlə təmaslarımızı davam etdiririk”, – Peskov bildirib.
Peskov qeyd edib ki, ittihamlara baxmayaraq, Moskva Bakı və İrəvanla əlaqələri davam etdirir.
Onun sözlərinə görə, hazırda de-yure söhbət Azərbaycanın öz ərazisindəki fəaliyyətindən gedir, ona görə də Rusiya Federasiyası ona qarşı ittihamları qəbul etmir.
Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi tanıyıb. Hazırda bütün bunlar bir sıra müddəaları əhəmiyyətli dərəcədə dəyişib və biz özümüzə qarşı bu cür qınaqları qəbul etmirik.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.