Yenilik.Az
www.Yenilik.Az » Dünya » İrandan Qarabağda baş verənlərə REAKSİYA: “Müharibəyə əsas yoxdur”

İrandan Qarabağda baş verənlərə REAKSİYA: “Müharibəyə əsas yoxdur”

İrandan Qarabağda baş verənlərə REAKSİYA: “Müharibəyə əsas yoxdur”
2023-09-21 , 16:14

İran Rusiyanın vasitəçiliyi ilə Qarabağda atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

Sfera.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani danışıb. O qeyd edib ki, müharibə regionun sabitliyini və təhlükəsizliyini təhdid edir.
Diplomat regionda hərbi əməliyyatların davam etdirilməsi üçün heç bir əsas olmadığını bildirib və bölgədə daha müharibələrin olmayacağına ümid etdiyini vurğulayıb.
"İran region ölkələrinin tanınmış beynəlxalq sərhədlərinin ərazi bütövlüyünə tam hörmət edilməsini tələb edir. Biz düşünürük ki, Qarabağ xalqının hüquq və təhlükəsizliyi də eyni çərçivədə təmin edilməlidir", - Kanyani söyləyib.
Qurum rəsmisi Tehranın müvafiq sabit sülh proseslərinə töhfə verməyə hazır olduğunu əlavə edib: “Üçüncü tərəflərin regiona müdaxiləsi yalnız mövcud problemləri çətinləşdirəcək və razılaşmaları təhlükə altına salacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.