Müxalifət Paşinyana qarşı fasiləsiz aksiyalara başlayır

Ermənistan müxalifəti Paşinyanın istefası məqsədi ilə fasiləsiz etiraz aksiyalarına başladığını elan edib.
O bildirib: "Biz 7/24 saat fəaliyyətə keçirik. Bu gün saat 18:00-da başlayırıq. Respublika meydanında toplaşırıq".
Tevanyanın sözlərinə görə, müxalifətin vəzifəsi "ən qısa müddətdə və effektiv şəkildə hakimiyyət dəyişikliyini həyata keçirmək, Qarabağda erməniləri qorumaqdır”.
Hazırda İrəvanda müxtəlif müxalifət hərəkatları aksiyalar keçirir, küçələri bağlayır, vətəndaşları planlaşdırılan aksiyalar barədə məlumatlandırır, tətillərə çağırır.
Sentyabrın 20-də keçirilən mitinqdə Ermənistan müxalifəti Paşinyan və onun hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün səyləri əlaqələndirəcək milli komitənin yaradıldığını elan edib.
OXŞAR XƏBƏRLƏR