Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ərdoğan sabah Naxçıvana SƏFƏR EDƏCƏK

Ərdoğan sabah Naxçıvana SƏFƏR EDƏCƏK

Ərdoğan sabah Naxçıvana SƏFƏR EDƏCƏK
2023-09-24 , 17:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevin dəvəti ilə sentyabrın 25-də Naxçıvana səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, antiterror əməliyyatı uğurla başa çatdıqdan sonra Ərdoğanın Naxçıvana səfəri böyük əhəmiyyət kəsb edir.
Ölkə liderləri arasında ikitərəfli və nümayəndə heyətləri ilə görüşlər keçiriləcək. Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, iki ölkə üçün ortaq maraq kəsb edən regional və beynəlxalq hadisələr müzakirə olunacaq.
Türkiyə Prezidenti səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.