Lavrovdan ŞOK AÇIQLAMA: "Bizi aldatdılar..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dəniz taxıl təşəbbüsü ilə bağlı Rusiyaya yalan danışdıqlarını iddia edib.
Brifinq zamanı jurnalist nazirə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Rusiyanın “Qara dəniz taxıl təşəbbüsünə yenidən qoşulmaq istəyinin olub-olmamasını sorğulaması” ilə bağlı sual ünvanlayıb.
Lavrov BMT-nin baş katibi Quterreşin sözlərinə cavab verə bilməyəcəyini ifadə edib: "Bizə yalan danışdılar. Baş katib ya bunu deməyə məcbur edildi, ya da yanlış yönləndirildi".
“Onlar (Qərb) bilavasitə Rusiya gübrəsinin və taxılının ixracını asanlaşdırmaq üçün investisiyaların yumşaldılacağını bildiriblər”, - Lavrov deyib.
OXŞAR XƏBƏRLƏR