Yenilik.Az
www.Yenilik.Az » Dünya » Paşinyandan qondarma rejimlə bağlı etiraf

Paşinyandan qondarma rejimlə bağlı etiraf

Paşinyandan qondarma rejimlə bağlı etiraf
2023-10-05 , 16:54

“Son 3 ildə Ermənistan “Dağlıq Qarabağ”a 1 milyard dollardan çox vəsait ayırıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışı zamanı deyib.
Qondarma rejimə siyasi dəstək də verdiyini açıqlayan Paşinyan, separatçıların özünümüdafiə imkanlarında heç bir çatışmazlıq olmadığını bəyan edib.
Paşinyan “Bəli, mən bildirdim ki, Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur” deməklə həm də Azərbaycanın lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalini və obyektləri hədəf almadığını etiraf etmiş olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.