Yenilik.Az
www.Yenilik.Az » Dünya » Makron Azərbaycana qarşı sanksiyalardan DANIŞDI: "Əks effekt verəcək"  

Makron Azərbaycana qarşı sanksiyalardan DANIŞDI: "Əks effekt verəcək"  

Makron Azərbaycana qarşı sanksiyalardan DANIŞDI:
2023-10-06 , 14:21

Fransa prezidenti Emmanuel Makron ordumuzun Qarabağda apardığı lokal antiterror tədbirləri ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqinin əks nəticə verəcəyini bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində deyib.
Onun fikrincə, Bakı ilə dialoqu davam etdirmək lazımdır.
Makron əsas problem kimi iki ölkə sərhədində humanitar vəziyyəti göstərib.
Onun sözlərinə görə, İrəvana yardım elə göstərilməlidir ki, sabitliyi pozmasın.
O, Prezident İlham Əliyevlə danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib:
"Düşünürəm ki, indi sanksiyaların vaxtı deyil, çünki əks effekt verəcək".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.