Yenilik.Az
www.Yenilik.Az » Dünya » Paşinyan Qarabağdan köçən ermənilərin sayının şişirdildiyini etiraf etdi-Şok

Paşinyan Qarabağdan köçən ermənilərin sayının şişirdildiyini etiraf etdi-Şok

Paşinyan Qarabağdan köçən ermənilərin sayının şişirdildiyini etiraf etdi-Şok
2023-11-17 , 16:41

Ermənistan hökuməti Qarabağ erməniləri ilə bağlı manipulyasiyaları davam etdirir. Qarabağdan öz istəkləri ilə köçən ermənilərin real sayını 3-4 dəfə artıraraq, 100 min 514 “məcburi köçkün”ün Ermənistana getdiyini iddia edən rəsmi İrəvan qəfildən onların sayını artırıb.


Musavat.com bildirir ki, İrəvanın yalanı erməni mediasında yayılan məlumatlardan ortaya çıxır.

“100 min dram birdəfəlik yardım alacaq Dağlıq Qarabağdan olan məcburi köçkünlərin sayı 108,8 min nəfərə çatıb” – Ermənistanın Əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bu iddia ilə çıxış edib.
100 min dram – təqribən 420 AZN yardım alanların sayının qəfildən hətta bütün saxtakarlıqlara rəğmən, 8 min artması Baş nazir Nikol Paşinyanı da hövsələdən çıxarıb. Parlamentdəki çıxışında Paşinyan uyğunsuzluqlar olduğu halda məlumatlar yoxlanılmadan 100 min dram məbləğində müavinətin ödənilməsinə niyə qərar verildiyi sualına da cavab verib. Onun sözlərinə görə, bu iş daha 15 gün çəkəcəkdi və pulu almalı olan insanlar köməksiz qalacaqdılar. “Hökumətin qərarında deyilir ki, əgər sonradan şəxsin haqqı olmayan pulu aldığı məlum olarsa, bu vəsaitlər geri qaytarılmalıdır”, - Paşinyan xəbərdarlıq edib.
“Dağlıq Qarabağdan Ermənistana daxil olanlarla pul alanların sayı arasında müəyyən uyğunsuzluq var”. Bunu Ermənistan hökumətinin noyabrın 17-də keçirilən iclasında respublikanın baş naziri Nikol Paşinyan deyib.

N.Paşinyan ardınca bunları deyib ki, izahat aşağıdakı kimi ola bilər: “Mövcud sürəti nəzərə alsaq, məsələn, maşında 5 nəfər ola bilərdi, amma 4 nəfər qeydiyyatdan keçdi. Yəni problem insanlara yol vermək, onların ilkin ehtiyaclarını ödəmək idi; Ermənistana daha əvvəl gəlib, həm də qeydiyyatdan keçən şəxslər ola bilərdi, uzun müddətdir Ermənistanda olan, lakin qeydiyyatdan keçib pul almağa qərar verən insanlar ola bilərdi. İndi hər şeyi təhlil etmək lazımdır.
Elə hallar olacaq ki, biz pul almağı təbii sayırıq. Və bunun baş verməyəcəyi hallar olacaq. Belə hallar qeydə alınanda biz nə edəcəyimizi düşünəcəyik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.