Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin əhaliyə çağırış etdi: "Ən azı üç uşaq sahibi olun"

Putin əhaliyə çağırış etdi: "Ən azı üç uşaq sahibi olun"

Putin əhaliyə çağırış etdi: 
2024-01-26 , 15:40

Rusiya lideri Vladimir Putin Rusiya əhalisinin azalmasının qarşısını almaq üçün ailələrə "ən azı üç uşaq sahibi olmağı” tövsiyə edib.

    
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kalininqrada səfəri zamanı universitet tələbələri ilə görüşən Putin deyib.
 
"İki nəfər yalnız bir uşaq doğursa, əhali azalacaq. İki uşaq olsa, bu, belə olacaq. Əhali üçün hər ailədə üç uşaq lazımdır", - deyə prezident bildirib.
Təhsil səviyyəsi artdıqca və qadınların karyeralarını ön planda tutduqca doğum nisbətlərinin azaldığına diqqət çəkən Putin "Əlbəttə ki, ailə qurmaq çox çətindir, xüsusilə də qadınlar üçün, bu səbəbdən gənc ailələrə kömək etməyə çalışırıq", - deyib.
 
Rusiya lideri bildirib ki, cütlüklər uşaq sahibi olmağı gec yaşa qədər təxirə salmamalıdırlar və bu, dövlətə ehtiyacdır.

Qeyd edək ki, ötən il Rusiyada doğum səviyyəsi 1999-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Siyahıyaalma Bürosu doğum nisbətlərindəki azalmanın 2027-ci ilə qədər davam edəcəyini də açıqlayıb.

Rusiya hökuməti uşaqlı ailələrə aşağı faizli ev kreditləri kimi bəzi dəstəklər təqdim edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.