İran prezidenti vəzifəsini o icra edəcək - FOTO
İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber İran prezidentinin vəzifəsini icra edəcək.
İran konstitusiyasına əsasən, maksimum 50 gün ərzində yeni prezident seçilməlidir.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib. (Publika.az)
OXŞAR XƏBƏRLƏR