Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ərdoğan G7 sammitində iştirak edəcək

Ərdoğan G7 sammitində iştirak edəcək

Ərdoğan G7 sammitində iştirak edəcək
2024-05-30 , 12:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay İtaliyada keçiriləcək G7 sammitində iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İtaliya hökuməti açıqlayıb.
Bildirilir ki, Türkiyə Prezidenti ilə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı baş tutub. Söhbət zamanı Türkiyə sözügedən sammitə dəvət edilib və Ərdoğan tədbirdə iştirakını təsdiqləyib.
Qeyd edək ki, ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7-nin sammiti bu il iyunun 13-15-də İtaliyanın Puglia bölgəsində baş tutacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.