Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ərdoğan AÇIQLADI: "Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”

Ərdoğan AÇIQLADI: "Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”

Ərdoğan AÇIQLADI:
2023-05-19 , 16:10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək.

Yenilik.az xəbər verir ki, bunu "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğanın sözlərinə görə, 28 may Türkiyə demokratiyası üçün yeni təcrübə olacaq: “Xalqımızın gələcək bazar günündə baş tutacaq seçkilərdə demokratiya üçün seçki məntəqələrinə gedəcəyinə inanıram”.
Ərdoğan qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.
Mayın 28-i ikinci tur baş tutacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.