Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ərdoğan bu şəhərlərdən rekord səs qazanıb - Siyahı

Ərdoğan bu şəhərlərdən rekord səs qazanıb - Siyahı

Ərdoğan bu şəhərlərdən rekord səs qazanıb - Siyahı
2023-05-16 , 15:17

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərin birinci turunda rekord səs qazandığı şəhərlərin adları məlum olub.

Yenilik.az “CnnTürk”ə istinadən xəbər verir ki, 64 milyon seçicinin iştirak etdiyi səsvermə prosesində 27 milyon 88 min 360 (49,51%) səs qazanan Ərdoğana ən çox Qara dəniz bölgəsinin 3 vilayətindən (Bayburt, Gümüşhane, Rize) dəstək gəlib.
Siyahını təqdim edirik:
Bayburt: 78,86%
Gümüşhane: 74,42%
Rize: 72,81%
Yozgat: 72,66%
Çankırı: 72,14%
Kahramanmaraş: 71,88%
Aksaray: 71,53%
Erzurum: 68,59%
Malatya: 69,41%
Sivas: 69.40%
Konya: 68,94%
Düzce: 68,6%
Qeyd edək ki, mayın 14-ü keçirilən prezident seçkilərinin I turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb. İkinci tur isə mayın 28-i baş tutacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.