Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin onlara xəbərdarlıq etdi

Putin onlara xəbərdarlıq etdi

Putin onlara xəbərdarlıq etdi
2024-06-06 , 17:57

“Münaqişə zonasına silah vermək həmişə pis işdir. Xüsusilə də, onları təchiz edənlər təkcə silah çatdırmır, həm də onları idarə edir”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
Putin, həmçinin xəbərdarlıq edib ki, əgər Qərb ölkələrinin Ukrayna münaqişəsində bilavasitə iştirak etdiyi hesab edilərsə, Rusiya cavab addımı ata bilər:
“Nəhayət, əgər bu ölkələrin bizə qarşı müharibəyə cəlb olunduğunu görsək, eyni şəkildə hərəkət etmək hüququnu özümüzdə saxlayırıq. Rusiya Ukraynaya silah verən Qərb dövlətlərinin düşmənlərini silahlandıra bilər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.