Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail Makrona qarşı məhkəmə iddiası qaldırır

İsrail Makrona qarşı məhkəmə iddiası qaldırır

İsrail Makrona qarşı məhkəmə iddiası qaldırır
2024-10-21 , 16:48

İsrailin xarici işlər naziri İsrael Katz, Fransa prezidenti Emmanuel Makrona qarşı məhkəmə iddiası qaldırılmasına göstəriş verdiyini bildirib.


Bu barədə X hesabında məlumat paylaşan nazir səbəb kimi Fransanın İsrail firmalarının qarşıdan gələn hərbi-dəniz sərgisində iştirakına qadağa qoymasını qeyd edib: “Bunlar dost ölkələr arasında qəbuledilməz olan qeyri-demokratik addımlardır və mən Fransa prezidenti Makronu onları tamamilə ləğv etməyə çağırıram”.
İsrail şirkətlərinin sərgidə iştirakına qadağa qoyulması qərarı Fransa hökumətinin İsrailin Qəzza və Livandakı müharibələrdə iştirakı ilə bağlı atdığı addımlardan biridir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.