Müharibədən sonra İLK DƏFƏ - Lavrov BU ÖLKƏYƏ gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada genişmiqyaslı müharibənin başlanmasından sonra ilk dəfə Avropa İttifaqı ölkəsinə, Maltaya səfər edəcək.
Onun sözlərinə görə, Rusiya XİN başçısı 5-6 dekabr tarixlərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
"Hazırlıqların gedişi barədə ATƏT-in nümayəndə heyətləri mütəmadi olaraq məlumatlandırılır. Dəvətlər də daxil olmaqla əlavə praktiki təfərrüatlar vaxtında bütün nümayəndə heyətlərinə göndəriləcək," – deyə Zaxarova bildirib.
Rusiyadakı Malta səfirliyi nəşrə məlumat verib ki, 5-6 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası bütün üzv dövlətlərin, o cümlədən Rusiyanın iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, Lavrovun Avropa İttifaqı ölkəsinə son səfəri 2021-ci ilin dekabrında olub. Belə ki, həmin vaxt o, Stokholmda keçirilən ATƏT-in iclasına qatılıb.
OXŞAR XƏBƏRLƏR